Icma.az
close
up
RU
İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail İranı tam iflic vəziyyətinə salıb, amma Tehran “sionistlərin axtarışı” Arazın bu tayında - Azərbaycanda aparılır. Belə “axtarışlar” ilk deyil, daha öncə İsrail Suriyada İranın mövqelərini “ovlayanda” da, Dəməşqdəki konsulluq binasını yerlə-bir edəndə də, dronları TIR-larla İrana daşıyıb, xüsusi əməliyyat keçirəndə də SEPAH, ETELLAAT və digər qurumlar Arazın sahilində “iynə axtaran” kimi “düşmən” axtarışına çıxmışdı. İndi də İsrail qalıb bir tərəfdə, İranda Azərbaycana qarşı ittihamlar irəli sürülür. Və bu heç də təsadüfi deyil, çünki İsrail qarşısında faktiki olaraq çıxılmaz vəziyyətinə düşən İran hakimiyyəti bütün bu məğlubiyyətinə bəhanə tapmalıdır. İndiyə qədər İranın qüdrətindən, İsraili bir gecədə Yer üzündən siləcəklərindən danışan SEPAH, ETALLAT bir gecədə “ova” çevrildi.

Həqiqətən İran üçün dəhşətli vəziyyətdir. Ərazi və resurs baxımdan İrandan qat-qat kiçik olan İsrail 1900 kilometr uzaqlıqdan gəlir, bir gecədə İranın bütün hərbi rəhbərliyini sıradan çıxarır, hava məkanını nəzarətə götürür, raketlərini, nüvə obyektlərini, nüvə alimlərini, bir sözlə hərbi potensialını yerlə-bir edir. Və bütün bunlar baş verərkən, İranın hərbi rəhbərliyi - generalları yataqlarında rahat şəkildə yatırdılar, İsrail də onları elə yatdıqları yerdə öldürdü. Bu, İran hakimiyyəti adına həqiqətən də utancverici haldır.

İsrail bir gecədə İranı necə iflic edə bildi?

Bu sual hələ çox müzakirə olunacaq, təkcə dünyada yox, elə İranın özündə də. İran xalqı haqlı olaraq suallar verir: hanı İranın qüdrəti, hardadır generallar, İsrail hücuma keçərkən, SEPAH, ETALLAT, bir sözlə ölkənin təhlükəsizliyindən məsuliyyət daşıyanlar harada idilər? Bu sualın cavabı ortadadır.

Birincisi, İsrail uzun illər ərzində İranda geniş casus şəbəkəsi qura bilib: bu şəbəkə ölkənin ən aşağı səviyyəsindən tutmuş, ən yuxarı səviyyəsinə qədər hər yeri əhatə edir. Hələ Həmas lideri İsmayıl Haniyə İranda inaqurasiya mərasimində iştirakı zamanı qaldığı oteldə nöqtə atışı ilə öldürüləndə İsrailin bu ölkədə təsir imkanlarının hansı səviyyədə olduğu ortaya çıxmışdı. Eyni ssenari İranın hərbi rəhbərliyinə qarşı də tətbiq olundu. Baş Qərargah rəisi, SEPAH komandanı, ali dini liderin Qərargah rəisi belə nöqtə atışı ilə Haniyənin taleyini yaşadı.

İkincisi, İranın hərbi və nüvə obyektlərini, ümumilikdə müdafiə sənayesini sıradan çıxaran zərbələr başqa yerdə yox, məhz ölkənin daxilindən endirilib, daha öncə baş verdiyi kimi. Bunun necə baş verdiyi İran rəsmiləri tərəfindən də etiraf edilir.

İsrail İranda - tehranın mərkəzində müxtəlif adlar altında sənaye müəssisələri qurub. Dronların istehsalı üçün lazım olan materiallar İrana sərhəddən - İranın sərhəd və gömrük xidmətinin gözü qarşısında keçirilib, daha sonra həmin müəssisələrdə PUA-lar istehsal edilib. Və hücum başlayanda başqa ölkədən yox, məhz İranın özündən - tehranın mərkəzindən havaya qalxan PUA-lar sarsıdıcı zərbələr endirib.

Hətta vəziyyət o həddə çatıb ki, öldürülən hərbi rəhbərliyin yerinə təyin olunan yeni generallar heç iki gün keçmir ki, yenidən İsrail tərəfindən sıradan çıxarılır. Bütün bunlar İran hakimiyyətinin 46 ildir xalqına və bütün dünyaya bəhs etdiyi “gücünün” sadəcə hava şarından başqa bir şey olmadığını təsdiq edir. İran xalqı da məhz bunun cavabını soruşur. Hakimiyyət - SEPAH, ETELLAAT, ümumiyyətlə İranın kəşfiyyat və təhlükəsizlik orqanları cavab verməlidir. Ya öz bacarıqsızlıqlarını, məsuliyyətsizliklərini etiuraf etməlidirlər, ya da...

İran hakimiyyəti öz zəifliklərini ört-basdır etmək üçün ikincini - yeni düşmən obrazının yaradılmasını seçir. Azərbaycana qarşı irəli sürülən ittihamlar da məhz bundan qaynaqlanır. Guya İrana zərbə endirən israil dronları istehsal olunubmuş, guya İrandakı agentura şəbəkəsini Azərbaycan idarə edirmiş və sair və ilaxır. Halbuki, bununla bağlı heç bir fakt təqdi edə bilmirlər. Azərbaycan müharibənin başlandığı ilk gündən neytral mövqeyini rəsmi şəkildə ortaya qoydu. Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkrarı Abbas Araqçı ilə telefon söhbətində Azərbaycandan nəinki İrana, ümumiyyətlə heç bir ölkəyə qarşı istifadə edilməyin mümkün olmadığını izah etdi. Bununla yanaşı, İranda İsrail dronlarının istehsal olunduğu müəssisələr aşkarlanır, PUA-lar daşıyan TIR-lar saxlanılır, agentura şəbəkəsi ifşa edilir. O zaman sual yaranır: İsrail İranın mərkəzində “at oynadır”, bunun günahkarı niyə Azərbaycan olmalıdır? Çünki İran güc strukturları düşdüyü acınacaqlı vəziyyətin məsuliyyətindən yayınmaq üçün günahkarı başqa yerdə - Arazın sahilində axtarırlar.

Azərbaycana qarşı bütün qarayaxmaların ruporu rolunda çıxış edən “Səhər” telekanalının də belə iddialara qoşulması anti-Azərbaycan kampaniyasının yeni dalğasının başlanması və bunun İran rəhbərliyi səviyyəsində idarə olunması deməkdir.

Bütün bunlar heç bir nəticə verməyəcək, çünki Azərbaycan özünü həmişə olduğu kimi ləyaqətlə aparır. Azərbaycan İran deyil ki, qonşusu, özü də müsəlmanların yaşadığı ölkəyə qarşı müharibədə hansısa formada maraqlı olsun. İran 44 günlük müharibə zamanı Azərbaycana qarşı etdikləri ilə necə bir ölkə olduğunu, nə qonşuluq, nə İslam dəyərlərini saydığını nümayiş etdirmişdi.

Heç kim heç nəyi unutmayıb. İran 44 günlük müharibə zamanı Ermənistanı silahlandırırdı. Rusiyadan göndərilən silah-sursat İranın hava yolu və Rəşt limanı ilə daşınırdı. Müharibə 27 sentyabrda başlasa da, İran Azərbaycanda ilk təmasını oktyabrın 6-da saxladı. Bunun da məqsədi Ermənistanın xeyrinə və Azərbaycan torpaqlarının işğalda qalması hesabına atəşkəsin əldə olunması məqsədi daşıyırdı. Həmin vaxt İranın xarici işlər nazirinin müavini olan Abbas Araqçı Bakı və İrəvana səfər edərək, təkliflər gətirmişdi. Bu təkliflər də hərbi əməliyyatların dayandırılmasından ibarət idi. İran eyni məqsədlə müharibə meydanında da hərəkət edir, hərbçiləri vasitəsilə Zəngilanda Azərbaycan ordusunun qarşısını kəsməyə cəhd göstərirdi. İran mediasında isə Azərbaycan bir nömrəli hədəf seçilmişdi və ölkəmizə qarşı çirkin kampaniya aparılırdı. Suriyadan yaraqlıların gətirildiyi, İŞİD terrorçularının Azərbaycan tərəfindən vuruşduğu iddiası Ermənistan mediası qədər İran mediası və sosial media seqmenti tərəfindən qabardılırdı.

Bütün bunları unutmamışıq. Azərbaycan İran deyil, bu gün baş verən müharibədə rəsmi Bakının sərgilədiyi mövqe də bunu ispatlayır. İran 44 günlük müharibədə Azərbaycana qarşı düşmən siyasəti apardığı kimi, bu gün də İsrail qarşısında düşdükləri biabırçı vəziyyətdən çıxmaq üçün yenə Bakıya “hücuma keçməyə” cəhd edirlər. Gülməlidir, çünki dronların 80-90 faizi elə İran ərazisindən qalxıb. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu iddia edən İranın təhlükəsizlik orqanları elə bu ölkənin ərazisində dronların istehsal edildiyi, saxlandığı və qaldırıldığı faktlarını necə izah edə bilərlər? Niyə bunun məsuliyyəti barədə kimsə danışmır?; Bütün bunlara cavab vermək əvəzinə, İranda bəziləri məsuliyyəti üzərindən atmaq və Azərbaycanı hədəfə çevirməyə çalışırlar. Görünür, İranda Azərbaycanı da öz mənəvi prizmalarından qiymətləndirib düşünürlər ki, biz də 44 günlük çüharibənin acığını çıxırıq. Xeyr, biz İran deyilik. Və İranda Azərbaycana qarşı oynanılan bu oyun baş tutmayacaq. İran xalqı da artıq hər şeyi görür və başa düşür. İran hakimiyyəti hər şeydən öncə İran xalqı qarşısında cavab verməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri