Icma.az
close
up
RU
“Düşmənçilikdən yorulmadınızmı?” Azərbaycan QHT lərindən Ermənistana ÇAĞIRIŞ

“Düşmənçilikdən yorulmadınızmı?” Azərbaycan QHT lərindən Ermənistana ÇAĞIRIŞ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan QHT-ləri Ermənistanda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar başlanmış kampaniya əleyhinə bəyanat yayıb.

Redaktor.az bəyanatın tam mətnini təqdim edir:

"Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!

Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. “Real Ermənistan” hekayəti iflasa uğrayır.

Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini “sübut etmək” üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?

Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!

Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!

Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!

İmzalar:

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Xətai Ələsgərov – “Dədə Ələsgər Ocağı" İctimai Birliyi Oğuz Məmmədov – "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyi Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası Zaur Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyi Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi Tural Gəncəliyev – "Qarabağa Dönüş" İctimai Birliyi Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyi Hafiz Səfixanov – "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Rey Qasımov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi Əhməd Abbasbəyli – "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi Fuad Abbasov – “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Kəmalə Ağazadə – "Azərbaycan Uşaqları" İctimai Birliyi Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi Tünzalə Abdullalimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyi Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri