Icma.az
close
up
RU
Beynəlxalq təşkilatdan Ermənistana ÇAĞIRIŞ

Beynəlxalq təşkilatdan Ermənistana ÇAĞIRIŞ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMİP sədri Arzuxan Əlizadə, AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar təşkilatının sədr müavini İlhamə Əliyeva BDİ-2025 Forumunda iştirak etmək məqsədi ilə 13-17 may tarixlərində Belçikanın paytaxtı Brüsseldə səfərdə olublar.

Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat xidmətindən "Cebheinfo.az"-a verilən məlumata əsasən, səfər Beynəlxalq Demokrat İttifaqının (International Democracy Union) dəvətinə əsasən baş tutub.

İki gün davam edən Forumda BDİ üzvü olan sağ mərkəz yönümlü partiyalarının rəhbərləri, hazırkı və sabiq dövlət və hökumət mənsubları, Avropa parlamentinin deputatları və Avropa İttifaqının komissarları, həmçinin ABŞ Respublikaçılar partiyasının rəhbərliyində təmsil olunan senatorlar və konqresmenlər, Avropa parlamentinin ən böyük fraksiyası olan Avropa xalq partiyasının (EPP) rəhbərliyi, eləcə də bir sıra Avropa media qurumlarının rəhbərləri və politoloqlar iştirak ediblər. 

Dünyada mövcud olan siyasi və iqtisadi problemlər, qadınların ictimai-siyasi həyatda rolu, Rusiya-Ukrayna müharibəsi və bu konteksdə Avropada təhlükəsizlik məsələləri, eləcə də dünyanın müxtəlif yerlərində mövcud olan konfliktlər və həll yolları Forumda əsas müzakirə olunan mövzular sırasında olmuşdur. 

Forumun gedişatında, həmçinin Cənubi Qafqazda dayanıqlı sabitliyə nail olunması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyətini vurğulayan sənəd yayılmışdır.

Bununla əlaqədar olaraq AMİP-in təqdim etdiyi məlumatlar əsasında sülh müqaviləsinə əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəanın olduğu qeyd olunmuş və Beynəlxalq Demokrat İttifaqının Ermənistan tərəfindən Referendum yolu ilə bu maneənin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən “Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanatı qəbul olunmuşdur. 

Səfər çərçivəsində AMİP sədri və nümayəndə heyətinin üzvləri tərəfindən Forumun işində iştirak edən bir çox siyasilərlə, o cümlədən Kanadanın 22-ci Baş naziri Stefen Harper, Avropa Xalq Partiyasının (EPP) prezidenti Manfred Veber və AXP-nin yeni seçilmiş baş katibi xanım Dolors Montserrat, Böyük Britaniyanın mühafizəkarlar partiyasından olan keçmiş baş nazirlər Liz Truss, Boris Conson, eləcə də partiyanın hazırkı lideri xanım Kemi Badenoch və digərləri ilə görüşlər keçirilmiş, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

Mayın 16-da Avropa Parlamentinin inzibati binasında Beynəlxalq Demokrat İttifaqının (IDU) üç ildən bir keçirilən növbəti Qurultayı baş tutmuş və Təşkilatın yeni rəhbər strukturları formalaşmışdır. Kanadanın sabiq Baş naziri Stefan Harper İDU-nun Prezidenti, Tina Mercep isə Baş katib vəzifəsinə seçiliblər. 

Məlumat üçün bildiririk ki, Beynəlxalq Demokrat İttifaqı (ing.-İDU) dünyanın 100-dən çox ölkəsinin 80-dən artıq sağ mərkəz yönümlü partiyasını öz ətrafında birləşdirən nüfuzlu qurumdur və AMİP 25 ildən artıqdır ki, bütün türk dünyasından yeganə siyasi təşkilat olaraq BDİ-nin tam hüquqlu üzvüdür. 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri