Icma.az
close
up
RU
Düşmənə və xərçəngə eyni vaxtda qalib gələn xüsusi təyinatlı qəhrəmanımız

Düşmənə və xərçəngə eyni vaxtda qalib gələn xüsusi təyinatlı qəhrəmanımız

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Düşmənə və "xərçəngə" eyni vaxtda qalib gələn xüsusi təyinatlı qəhrəmanımız

1996-ilinmartın 19-da Cəlilabad rayonunun Təklə kəndində doğulur...

Z. Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbdə təhsil alır...

Uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoyur...

2013 / 2017-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır...

Ali hərbi təhsilini "Qoşun kəşfiyyatı" ixtisası üzrə bitirir...

Təhsilini uğurla başa vurub N saylı hərbi hissədə ixtisası üzrə xidmətə başlayır...

Bir sıra hərbi hissələrdə xidmət keçərək Baş leytenant hərbi rütbəsinə qədər yüksəlir...

Vətən müharibəsində Murovdağ yüksəkliyi, Suqovuşanın azadlığı və Ağdam uğrunda gedən döyüşlərdə xüsusi rəşadət və igidliklə döyüşən Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı və "Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.

Döyüş meydanından fərqli olaraq olduqca utancaq və təvazökar olan qəhrəmanımız döyüş anlarını belə xatırlayır: "General Polad Həşimovun şəhid olması xəbəri bütün xalqımız kimi, bizi də sarsıtdı. Düşmənə olan nifrət hissimizi daha alovlandırdı. Həmin vaxt təlimdəydik və döyüş əmrini gözləyirdik. Gecə-gündüz məşq edirdik ki, qarşıya qoyulan döyüş tapşırığı uğurlu olsun. Üst Komandanlıq bizi səbrli olmağı və torpaqlarımızı tezliklə işğaldan azad edəcəyimizi bildirirərək bizi həvəsləndirdilər. Çox keçmədi ki, bizə əks-hücum əmri gəldi. İnsan hər hansısa bir işi edəndə içində tərəddüd olar. Nəsə bir çətinliyi, sıxıntısı olar. Ailəsini gözü önünə gətirər. İnanırsız ki, əmr gələndə heç kimdə belə tərəddüd olmadı. Hamı bir nəfər kimi sevinc içindəydi ki, biz artıq irəli gedirik. 27-də hücum əmri veriləndə biz Murovdağ istiqamətində hərəkətə başladıq. Düzdür çətin idi, amma həm də qürurverici hal idi. Biz sevinirdik və döyüşlərə həvəslə qatılmışdıq. İlk döyüşümüz Murov istiqamətində oldu. Murov silsiləsi, Murovdağ yüksəkliyi 3340 metr. Mən o vaxt qrup komandiri idim. 8 saat dayanmadan zirvəyə doğru sızma əməliyyatını yerinə yetirdik. Nəticə artıq məlumdur. Düşmənin yerləşdiyi postu ələ keçirdik. Hətta biz bunu komandanlığa məruzə edəndə komandanlıq bir neçə dəfə təkrar soruşdu ki, "dəqiq həmin zirvədir?" Səhər-səhər artıq düşmən oyandı gördü ki, Azərbaycan əsgəri artıq bizim arxa mövqe hesab edilən arxa postlarındadır, təşvişə düşdü. Biz Murovdağ yüksəkliyinin Murov silsiləsində dövlət bayrağımızı ucaltdıq. Oranı ac-susuz döyüş yoldaşlarımızla mühafizə etdik. Sonra digər bölmələrimizə təhvil verib, aşağı endik. Daha sonra, Suqovuşan istiqamətində döyüşlərə cəlb olunduq. Suqovuşan strateji mövqe olduğu üçün bizim hərbi tapşırıqlarımız da çox çətin idi. Biz davamlı olaraq hücum həyata keçirirdik. Döyüşdüyümüz günlərdə yüksəkçikləri azad edir, dost bölməyə təhvil verib, təhcizatımızı yeniləyib, növbəti yüksəkliyin alınmasını həyata keçirirdik. Döyüşümüz intensiv xarakter daşıyırdı, amma daimi olmurdu. Çünki, döyüşdüyümüz günlərdə sursatımız azalanda məcburən əldə eydiyimiz mövqelərdə dayanır, şəxsi heyətin bir qismi arxaya gedib sursat gətirir, yenidən tərtiblənib, qaldığımız yerdən döyüşü davam etdirirdik. Bu qısa fasilə zamanı yaralanmış və şəhid olmuş döyüş yoldaşlarımızı təxliyə edirdik. Bundan sonra hücuma davam edirdik".

Qəhrəmanımızın döyüş yoldaşları danışır ki, "Döyüşdə hər qrupun öz qrup komandiri və əlavə olaraq baş kəşfiyyatçı qabaqda gedir. Amma Qəzənfər onların hamısından qabaqda gedirdi. Heç vaxt demirdi ki, gedin qarşıya, birinci həmişə özü qabaqda gedirdi. Biz döyüş zamanı elə bir vəziyyətə düşmüşük ki, düşmən bizi pusquya salıb. Həmin pusqudan çıxartmaq üçün Qəzənfər ani bir qərar verməli idi. Qəzənfərin verdiyi qərarla biz pusqudan çıxıb, düşməni pusquya salmışıq. Qəzənfər döyüşə birinci girər, axrıncı çıxardı. O, döyüşdən heç zaman birinci çıxmayıb".

Qəzənfər Ağayev qələbə xəbərini aldığı anı qürurla xatırlayır: "Növbəti döyüş tapşırığı üçün hücum əmri gözləyirdik. Lakin komandanlıqdan mənə "Geriyə çıx!" əmri gəldi. Bu, məni çox əsəbləşdirdi. Çünki, döyüş sırasında bizə belə əmr gəlməmişdi, həmişə "irəli!" deyilirdi. Axı, bölməmiz tapşırığı icra etməyə hazırdır, niyə geri çıxmalı idik?! Bunu müzakirə edəsi deyildik. Çünki komanda komandadır. Şəxsi heyəti geri çağırdım. Komandanlıq bizi gözləyirdi. Komandirdən həmin əmrin niyə verildiyini soruşanda dedi ki, "Təbrik edirəm, Qəzənfər! Qələbə bizimdir! Allah şəhidlırimizə rəhmət eləsin!". Bilmədim, gülüm, ya ağlayım. Hələ də bu abu-havadan çıxa bilmirəm. Dislokasiya məntəqəsinə qayıdarkən Ali Baş Komandanın xalqa müraciətini eşidirəm. O xalqı təbrik edir. Sanki yuxudur. Bir neçə saat əvvəl döyüş tapşırığının icrası üçün girmişdim. Ali Baş Komandanın o xabərini canlı olaraq eşitdim".

Qəhrəmanımızın atası Mahmud Ağayev deyir ki, "Mənim iki övladım var. Bir oğlum, bir qızım. Torpaqlarımızın işğalda olması ilə bir Azərbaycan kişisi kimi barışa bilmirdim. Odur ki, oğlumda hərbi peşəyə maraq oyatmağa çalışırdım. İstəyirdim o hərbçi olsun. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak eləsin. Çox sağ olsun ki, mənim arzularımı doğrultdu. Vətəninə, torpağına olan sevgisi onu zirvəyə ucaltdı. Həmişə televiziyada qəhrəmanlıq, vətənpərvərlikıə bağlı verilişləri izləyərdi. Özü də Qəhrəmanlıq zirvəsinə ucaldı! Qəzənfər qorxmaz, mərd oğuldur. Həmişə valideynlərinin hörmətini saxlayıb, başımızı hər zaman uca edib, yaxşı sədaları ilə bizi sevindirib. Anası da, mən də, müəllimləri də həmişə onunla qürur duymuşuq".

Qeyd, edim ki, qəhrəmanımız müharibə bitər-bitməz daha bir ağır imtahanla üz-üzə qalıb. Belə ki, gözlənilmədən vücuduna yayılan xərçəng xəstəliyi ilə mübarizə aparmalı olur. Və qəhrəmanımız bu döyüşdən də uğurla çıxaraq bu ağır xəstəliyə qalib gəlir, sağlamlığına qovuşur.

Hazırda xidmətini şərəflə davam etdirən qəhrəman qardaşımıza bundan sonrakı həyatında sağlamlıq, uzun ömür və xidmətində uğurlar diləyirik!

Allah sizi pənahında saxlasın cənab baş leytenant! İnanırıq ki, düşmənə və amansız xəstəliyə mərdliklə sinə gərən qəhrəmanımızı bundan sonra heç bir qüvvə yıxa bilməyəcək! Allah sizi qorusun!

Sevinc Bəhmənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri