Icma.az
close
up
RU
Düşmənə göz dağı:Naxçıvanım

Düşmənə göz dağı:Naxçıvanım

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bu gün müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102 ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın mühüm yeri və rolu vardır. Çoxəsrlik dövlətçilik ənənələri, sivilizasiya və tarix-mədəniyyət beşiyi olan Naxçıvan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatına zəngin töhfələr vermiş, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə sosial-iqtisadi, ictimai-siyasi həyatımızda əvəzsiz rol oynamışdır. Naxçıvan Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Ümumimlli lider Heydər Əliyevi bəxş etmişdir.
XX əsrin əvvəllərində - 1918-1920-ci illərdə bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da erməni daşnakları azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş və orada yaşayan əhalinin soyqırımını təşkil etmişlər. Ermənilərin Naxçıvanı ələ keçirmək cəhdləri qəhrəman və cəsur naxçıvanlılar tərəfindən qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbələr vurulmuş, doğma torpaqlardan qovulub çıxarılmışdır. Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində qardaş Türkiyənin köməyini də xüsisi dəyərləndirmək lazımdır. Qars müqaviləsinin imzalanmasından Naxçıvanın etibarlı müdafiəsi üçün güclü zəmin yaranmış, Azərbaycanın ərazisi kimi 1924-cü ildə Muxtar Respublika təşkil edilmişdir.
Sovet imperiyasının dağılmasından və Azərbaycana rəhbərlik edən yarıtmaz, səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından ötən əsrin 90-cı illərində Naxçıvan yenidən təhlükə ilə üzləşmişdi. Belə bir çətin dövrdə Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi Muxtar Respublikanı işğaldan qorudu.
Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında 1992-ci ilin martında əsası qoyulan əlaqələrlə “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlandı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyədə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nu imzalaması əsil qardaşlıq nümunəsi oldu. Qısa zamanda Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı və mayın 28-də istifadəyə verildi. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin və Heydər Əliyevin açılışını etdiyi körpü “Ümid” körpüsü kimi tarixə düşdü. Bu körpü Naxçıvanın blokadasını qismən aradan qaldırmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsidir.
Respublikamızın müstəqillik tarixinin başlanğıc nöqtəsi də məhz Naxçıvandır. Böyük dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparması ilə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi yaranmışdır.1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcı qoyulmuşdur. Müstəqil Azərbaycanın simvollarından olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalanmışdır. Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlanmışdır.
Ulu öndərin qətiyyəti sayəsində blokada şəraitində olan bu bölgənin dağılmış iqtisadiyyatını yenidən bərpa etmək mümkün olmuş, Naxçıvanla qonşu İran və qardaş Türkiyə ilə əlaqələrin yaradılması 1993-cü ildən sonra bölgənin ərzaq, enerji təminatı məsələlərinin həllinə, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsinə, aqrar və sənaye, digər iqtisadi islahatların aparılması Muxtar Respublikanın etibarlı müdafiəsini və inkişafını artırmışdır.
Prezident İlham Əliyevin Muxtar Respublikaya hər zaman yüksək diqqət və qayğı göstərmiş, ötən 23 il ərzində Muxtar Respublikaya 10-dan artıq səfər etmiş, hər zəfəri sevins hissi və əlamətdar hadisələrlə yadda qalmışdır. Cənab İlham Əliyev Naxçıvanda 100-dən çox mühüm obyektlərinin açılışında iştirak etmiş, Onun müəllifi olduğu uğurlu inkişaf strategiyası Naxçıvanda aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işlərinə öz zəngin töhfələrini verməkdədir.
Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti sayəsində Naxçıvanın zəngin maddi və milli dəyərləri dünyada tanıdılıb.
Ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış sülh sənədinin əsas bəndlərindən biri Tramp adlanan Zəngəzur dəhlizinin çəkilişinin təmin edilməsidir ki, artıq bu istiqamətdə sürətlə işlər davam etdirilir. Yaxın illərdə istifadəyə veriləcək bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa quru bağlantısını təmin edəcək, eyni zamanda yeni regional nəqliyyat kommunikasiyaları – Orta Dəhliz arteriyası formalaşacaq. Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqəsini yaradacaq. Bu, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logistika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Fevral 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri