Icma.az
close
up
RU
Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var PSİXOLOQ İZAH ETDİ

Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var PSİXOLOQ İZAH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"İnsan düşündükcə beynində neyronlar arasında elektrik impulsları yaranır və bu impulslar sinapslar vasitəsilə məlumat ötürülməsini təmin edir. Müəyyən düşüncələr tez-tez təkrarlananda bu neyron yolları daha da güclənir. Elmdə bu “neyronal plastiklik” adlanır. Yəni, beyin özünü dəyişdirə və uyğunlaşdıra bilir. Məsələn, bir insan daim neqativ düşünürsə, beynində neqativliklə bağlı neyron yollar daha da möhkəmlənir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, eyni cür düşünmək, eyni davranmaq və eyni duyğular yaşamaq insanı dəyişdirə bilər: "Ancaq bu dəyişiklik hər zaman müsbət olmur. Daim eyni duyğu və davranış modeli, insanı psixoloji baxımdan “donmuş” bir vəziyyətə sala bilər. Məsələn, hər zaman qorxu içində yaşayan biri zamanla təşviş pozuntuları və ya depressiya ilə üzləşə bilər. Bu da onu göstərir ki, eyni cür düşünmək bəzən inkişafı əngəlləyir.

Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var. Vərdişlərimiz bir növ avtomatlaşdırılmış düşüncə və davranış nümunələridir. Məsələn, hər səhər durub telefona baxmaq düşüncə ilə yox, artıq vərdiş halına gəlmiş bir davranışdır. Düşüncə dəyişmədikcə, vərdiş də dəyişmir. Yaxud əksinə, düşüncəni dəyişməklə vərdişi də dəyişmək mümkündür. Bu, “kognitiv davranış terapiyası”nın əsasını təşkil edir. Bəli, düşüncələr insanda stres yarada bilər. Bir çox hallarda stresin mənbəyi xarici deyil, daxili düşüncələrimizdir. “Məni qiymətləndirməyəcəklər”, “Alınmayacaq”, “Nə edəcəyimi bilmirəm” kimi avtomatik neqativ düşüncələr kortizol hormonunun – yəni stres hormonunun səviyyəsini artırır. Bu isə orqanizmə həm fiziki, həm psixoloji zərər verir".

"Beyin kodlaması beyindəki məlumatların və davranış nümunələrinin müəyyən yollarla yerləşməsi və avtomatlaşdırılmasıdır. Yəni, düşüncələrimizin və yaşantılarımızın beyində “yazılması” və vərdiş halına gətirilməsi prosesidir. Müsbət beyin kodlaması insana özünəinam, hədəfə fokuslanma və daha sağlam münasibətlər qazandırır.

Düşüncə gücü insanın öz həyatını dəyişə biləcək ən böyük daxili resursudur. “Necə düşünürsənsə, elə yaşayırsan” prinsipi burdan gəlir. Düşüncə dəyişdikcə beyin də dəyişir, beyin dəyişdikcə davranış və həyat keyfiyyəti də dəyişir. Elmi tədqiqatlar göstərir ki, pozitiv düşüncə və zehni proqramlaşdırma (yəni düzgün beyin kodlaması) insanın həm sağlamlığını, həm də uğurlarını artırır" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri