Icma.az
close
up
RU
Düşünmək azaddır, bəs demək? ANALİZ

Düşünmək azaddır, bəs demək? ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hər kəsin öz fikir və mülahizələrini söz, yazı, şəkil və ya digər vasitələrlə ifadə etmək və yaymaq hüququ var

Bütün sivil cəmiyyətlərdə insanın düşüncə, fikir və söz azadlığı var. İnsan fikrinə və düşüncəsinə müdaxilə mümkünsüzdür. Düşüncəsinin əmələ gətirilməsinə isə insanın ədəb-ərkanı, tərbiyəsi sərhəd qoyur. Bu sərhədləri bəzən din, bəzən siyasi gedişat, bəzən də cəmiyyətin stiqması müəyyən edə bilir. Amma olan və olacaq heç bir təsir insan düşüncəsinə müdaxiləyə qadir deyil. Təbii, təhlükəli düşüncə qəbuledilməz əmələ çevrilmədikcə…

Demokratiyanın təməl prinsipi - söz azadlığı

Söz azadlığı və düşüncənin sərbəst ifadə edilməsi, problemsiz yayılması cəmiyyət üçün son dərəcə vacibdir. Fikir və söz azadlığı özlüyündə bir məqsəddir, fiziki və mənəvi azadlıq demokratik həyat tərzinin vacib elementidir. Düşüncə azadlığı indiki vəziyyətinə çatanadək ibtidai insan düşüncəsindən müasir insan hüququna qədər mərhələli dövr yaşayıb.

İnsan hüquqları iki əsas anlayışa əsaslanır – insan azadlığı və düşüncənin azadlığı. Yəni həm fiziki cəhətdən təhlükəsizlikdə olmaq, həm də fikir və düşüncə baxımından azad olmaq demokratik cəmiyyətdə insan hüquqlarının təməl qanunlarıdır. Bütün sivil cəmiyyətlərdə ləyaqəti alçaldan, pis rəftar və işgəncənin qadağan edilməsi, insanların fikir və inanclarının toxunulmazlığı, hüquqi sənədlər və demokratik konstitusiyalarla qorunur. Hər kəs, xüsusən də dövlət vətəndaşın qanuni hüquq və azadlıqlarına hörmət etməlidir.

Demokratiyanın təməl prinsipinə görə düşündüyünü qorxmadan dilə gətirə bilən cəmiyyət özünü azad hiss edir. Fikir və söz azadlığı bir çox fundamental hüquqlardan biridir və azadlığın həyata keçirilməsində bir növ açar rolunu oynayır. Düşüncə azadlığı insanın təməl haqqıdır və demokratik cəmiyyətin bərqərar olması üçün zəruridir.

Söz azaddırsa…

Fikir və söz azadlığı insanların öz fikir və mülahizələrinə görə qınanılmaması, öz düşüncəsini müxtəlif yollarla – məsələn, sosial şəbəkələrdən müraciət, stand-up, mətbuat açıqlaması, kino və teatr kimi kütləvi müraciətə imkan verən sahələrdə sərbəst ifadə etməsi deməkdir.

İfadə azadlığı hər cür siyasi, mədəni, iqtisadi və kommersiya düşüncələrinin təkcə yazılı mətbuat vasitəsilə deyil, həm də bütün növ kommunikasiya üsulları –sayt, radio, televiziya və hazırda dünyanın ən mühüm ünsiyyət vasitələrindən biri olan internet vasitəsilə ifadəsini əhatə edir. Fikir və söz azadlığı başqa insanların ləyaqətini alçaltmadıqca, dövlət təhlükəsizliyinə xələl gətirmədikcə, zərərli vərdişlərə təhrikə səsləmədikcə toxunulmazıdır.

Liberal və demokratik hüquqi dövlətdə fikir və düşüncə azadlığı təməl element kimi qəbul edilməlidir. Çünki fikir və söz azadlığı insan və düşüncə anlayışları ilə birlikdə qiymətləndirildikdə onun, əslində, bütün azadlıqların əsasını təşkil etdiyi görünür. Sözün azad olmadığı bir cəmiyyətdə insan azadlığından danışmaq gülməli olardı.

Hər hansı bir ölkənin daxili qanunvericiliyində söz, düşüncə və mətbuat azadlığının kifayət qədər təmin edilməyəcəyi düşünülərək, bu azadlıqlar beynəlxalq hüquq nörmalarına da daxil edilib, beynəlxalq müqavilələrin predmeti kimi qəbul edilir.

Söz azadlığı Avropa İnsan Hüquqları Konvensiyası və Konstitusiyamız ilə təmin edilən əsas hüquq və azadlıqlardan biridir. AİHM-in 10/1-ci maddəsinə əsasən, hər kəsin ifadə azadlığı hüququ vardır. Bu hüquq fikir və söz azadlığını, habelə dövlət orqanlarının müdaxiləsi olmadan məlumat və rəy almaq, yaymaq azadlığını təmin edir.

Söz azaddır, amma…

Demokratik hüquqi dövlətdə söz azadlığının əhəmiyyəti danılmazdır və ona görə də söz və düşüncə azadlığının məhdudlaşdırılması məsələsinə həssaslıqla yanaşılmalıdır. Çünki söz azadlığını məhdudlaşdırmaq dolayısı ilə bir çox başqa azadlıqları məhdudlaşdırmaq deməkdir. Amma biz hüquqi dövlətdən danışırıqsa hər azadlığın bir məsuliyyəti və buna görə də hüquqi qarşılığı olduğunu da qəbul etməliyik. Bu səbəbdən ifadə azadlığının da sərhədləri olduğu qəbul edilməli və bu məhdudiyyətlər qanun çərçivəsində təyin edilməlidir.

Əslində, ifadə azadlığı demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biri olsa da, bu azadlığı “vətəndaşın öyrənmək istədiyi hər şeyi bilmək hüququ var” kimi şərh etmək olmaz. İfadə azadlığının müvafiq müddəalar çərçivəsində məhdudlaşdırılması qanunla müəyyən edilməlidir. Həmçinin bu məhdudiyyət demokratik cəmiyyətin tələblərini də pozmamalıdır.

Ancaq bu proses o qədər də asan olmayacaq. İnsanın azadlığı uğrunda mübarizənin birinci mərhələsi nizam-intizam axtarışıdır. İnsanlar arasında sülh və etimadın təmin edilməsi, onların azadlığının qorunması üçün müəyyən qanun-qayda tətbiq etmək şərtdir, lakin bu qaydalar onların azadlığını məhdudlaşdırmamalı, düşüncə və fikir sərbəstliklərinə imkan yaratmalıdır.

Media və söz azadlığı

Söz azadlığının öz sərhədlərindən uzaqlaşa bilmə ehtimalına qarşı bəzi məhdudiyyətlər də mövcud olur. Dünya ölkələrinin hər birində bu məhdudiyyətlərin əhatə dairəsi və onların təyin edilməsi vasitələri ilə bağlı qanunlar var. Dünyada müxtəlif qeyri-hökumət təşkilatları ölkələrdə mətbuat azadlığının olub-olmaması ilə bağlı müxtəlif meyarlar əsasında qiymətləndirmələr aparır.

Məsələn, Sərhədsiz Reportyorlar hər il Mətbuat Azadlığı İndeksini dərc edir. Bu indeks 180 ölkədə jurnalistlər arasında keçirilən sorğu vasitəsilə plüralizm, media müstəqilliyi, media mühiti və özünüsenzura, qanunvericilik bazası, şəffaflıq, xəbər və informasiya istehsalına dəstək verən infrastrukturun keyfiyyəti meyarlarına əsasən qiymətləndirilir.

Azərbaycanda azad media, fikir və söz azadlığı demokratik cəmiyyətin əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya kanalları, radiolar, informasiyanın bu və ya digər formada yayıldığı digər vasitələr insanların fikir və söz azadlığını təmin edir.

Media cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onlara yön verir. Medianın gündəmə gətidiyi hər hansı bir mövzu ətrafında günlərlə, həftələrlə fikir mübadiləsi aparıla bilər. Bu mövzular yeni düşüncələrin yaranmasına, yeni fikirlərin meydana gəlməsinə səbəb olur. Bir fikir yüzlərlə insane tərəfindən fərqli qəbul edilə, fərqli izah edilə bilər. Birinin qara dediyinə başqası ağ deyə, fikrini əsaslandıra, sübut edə bilər. Düşüncə və fikir azaddır. 4-cü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya azadlığının mühüm atributu hesab edilir. Kiminsə şərəf-ləyaqətini alçaltmadıqca, dövləti və ictimai xadimləri təhqir etmədikcə, ictimaiyyətə zərərli fikirlər aşılamadıqca heç bir cəmiyyətdə heç kimin söz azadlığı əlindən alına bilməz.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see359

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see342

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see279

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see263

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see261

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see258

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see248

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see241

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see237

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see228

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see217

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see213

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see206

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see206

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see205

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see197

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see196

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see193

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see190

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri