Icma.az
close
up
RU
Luddist kimi düşünmək

Luddist kimi düşünmək

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Texnoloji yeniliklər cəmiyyətin rifahına yol açır. Ancaq insanların hər zaman yeni texnologiyaları mənimsəməyə maraqlı olduqlarını demək, təəssüf ki, mümkün deyil. Tarix boyu elmi yeniliklərin, yeni texnologiyaların mənimsənilməsi insanlıq üçün ağrılı proses olub. Alim və ixtiraçılar zaman-zaman cadugərlik, fitnəkarlıq ilə günahlandırılıb, müxtəlif təzyiqlərə məruz qalıblar. Dünya tarixinə nəzər saldıqda yeni texnologiya tərəfdarları ilə əleyhdarları arasında olan anlaşmazlığın bəzən böyüyərək böyükmiqyaslı toqquşmalara, qanlı döyüşlərə səbəb olduğu görünür. Bu mənada luddist hərəkatı xüsusilə fərqlənir.

Tarixi baxımdan luddist dedikdə İngiltərədə baş verən sənaye inqilabı fonunda XIX əsrin ikinci onilliyində mexaniki toxuculuq dəzgahlarına qarşı çıxan toxucular nəzərdə tutulur. Luddistlər onlara başçılıq edən Ned Luddun şərəfinə belə adlandırılıblar. Luddistlər mexanikləşdirilmiş toxuculuq dəzgahları ilə rəqabət apara bilməyəcəklərini görür, işlərini itirməkdən qorxduqları üçün bu məsələdə aqressiv davranırdılar. Bu aqressiv münasibət nəticəsində luddistlər yeni-yeni yaranan mexaniki toxuma dəzgahlarına hücum edir, onları sındırır və yandırırdılar. Hücumlar nəticəsində fabrik sahibləri ilə luddistlər arasında silahlı qarşıdurmalar baş verdi. Vəziyyətin daha da pisləşməsi nəticəsində dövlətə bağlı ordu dəstələri müdaxilə etməli oldu və son nəticədə Luddist üsyanı yatırıldı, çoxsaylı hərəkat üzvü edam edildi.

Luddist üsyanı yuxarıdan diktə olunan düşüncə forması deyildi, işçilərin özləri tərəfindən ortaya qoyulmuş etiraz şəkli idi. Ancaq luddist düşüncə hər zaman azad seçim olmayıb, əksinə, çox vaxt monarxların istəyi ilə xalqa yeridilib. Məsələn, I Elizabetin hər bir təbəənin mütləq şəkildə toxunma papaq geyinməli olduğuna dair verdiyi fərmandan sonra ana və bacısını, eləcə də xalqını düşdüyü problemli vəziyyətdən xilas etməyə çalışan Uilyam Li 1589-cu ildə əl əməyi ilə işləyən toxucu dəzgahını ixtira etdi. Daha sonra o, parlament üzvü Riçard Parkins və kraliçanın Gizli Şurasının üzvü lord Henri Keri Hansdonun köməyi ilə kraliça ilə görüşməyə nail oldu. Kraliça isə bu ixtiranın təbəələrini işsiz qoyacağı iddiası ilə Uilyam Liyə patent verməyi rədd etdi. I Elizabetin xələfi I Ceyms də eyni cür düşündü və patent verməkdən imtina etdi. Hər iki monarx toxuculuq sənayesinin sürətli inkişafından və onun nəticələrindən qorxmuşdu. Əlbəttə ki, onlar əhalinin işsiz qalmasından deyil, bu işsiz kütlənin yarada biləcəyi qarışıqlıqdan qorxmuş və narahat olmuşdular.

Texnologiyadan qorxma halı, ona ögey münasibət bəslənilməsi tarixin fərqli dövrlərində, demək olar ki, bütün dövlətlərdə rast gəlinən haldır. Osmanlı imperiyasında çap dəzgahına qarşı yönəlmiş qərəzli münasibət texnologiyaya qarşı qorxu və mühafizəkar düşüncənin parlaq nümunəsi hesab oluna bilər. 1445-ci ildə İohann Qutenberq hərəkətli çap dəzgahını ixtira etdi. Bu isə dünya tarixinin gedişatını dəyişən inqilab oldu. Qutenberqin ixtira etdiyi çap dəzgahına qədərki dövrdə kitablar əl ilə çoxaldılırdı və bu proses olduqca ləng idi. Nəticədə kitablar çox baha idi və əhalinin savadlanma dərəcəsi çox məhdudlaşırdı. Amma çap maşınının ixtirasından sonra təhsil kütləvi hal aldı. 1460-cı ildə həmin çap dəzgahı Fransada, 1460-cı illərin sonlarında isə İtaliyada quruldu. Osmanlı imperiyasında isə hadisələr bir qədər fərqli cərəyan etdi.

II Bəyazidin 1485-ci il fərmanı ilə müsəlmanların ərəbcə kitab çap etməsi qadağan olundu və bu qadağa 1515-ci ilə qədər sultan I Səlimin əmrinə qədər qüvvədə qaldı. Ancaq yenə də kitab çapı lazımi səviyyəsinin çox altında idi. III Əhməd 1727-ci ildə İbrahim Mütəfərrikəyə mətbəə açmaq üçün icazə verdi. Ancaq din alimlərinin senzurası olduqca güclü idi. 1729-1743-cü illərdə fəaliyyət göstərən mətbəə cəmi 17 kitab çap edə bildi. 1797-ci ilə kimi isə sadəcə əlavə 7 kitab çap olundu. Bu vəziyyətin nəticələri sonrakı dövrlərdə özünü daha kəskin və acınacaqlı formada göstərdi. Daron Acemoğlu və Ceyms A.Robinson həmmüəllif olduqları “Millətlər niyə tənəzzül edir” kitabında qeyd edirlər ki, 1800-cü ildə İngiltərədə yetkin kişilərin 60, qadınların isə 40 faizi savadlı olduğu halda Osmanlı imperiyasında əhalinin cəmi 2-3 faizi oxu-yazı bilirdi.

Müasir tarixi-siyasi yanaşma dövrün texnoloji yenilikləri ilə ayaqlaşa bilməməyi imperiyaların dağılmasının və ya dövlətlərin başqa dövlətlərdən asılı hala düşməsinin əsas səbəblərindən biri kimi qəbul edir. Luddist kimi düşünmək, texnologiyaya qərəz və ya qorxu ilə yanaşma, onun imkanlarını rədd etmə halları özünü daha çox əhalinin orta yaşlı və qoca təbəqəsində göstərsə də, bu davranışları gənc nəslin nümayəndələrində də görmək mümkündür. Bir qrup insan texnologiyanın inkişafı nəticəsində milyonlarla insanın işini itirəcəyindən və bu vəziyyətin ölkələrdə işsizlik və xaosa səbəb olacağından narahatlığını dilə gətirir. Etirazçıların bir hissəsi texnoloji inkişaf fonunda məlumat təhlükəsizliyinin və şəxsi məxfiliyin daha çox sual altında qalmasından narazılığını bildirərkən, başqa bir qrup isə texnologiyanın sosial əlaqələri zəiflətməsindən gileylənir. Bu iddialara daha distopik səslənən başqa iddiaları da əlavə etmək olar, məsələn, “süni intellekt (robotlar) dünyanı ələ keçirəcək” iddiası. Qeyd etmək lazımdır ki, sonuncu yanaşmanın populyarlaşmasında kino və media vasitələrinin rolu olduqca güclüdür.

Bu kimi narahatlıqlar texnologiyanın gətirdiyi böyük dəyişikliklər qarşısında yaranan instinktiv və yanlış müqavimətin təzahürüdür. Tarix boyu hər yeni texnologiya ilə bağlı oxşar qorxular səsləndirilib, amma zaman göstərib ki, bu qorxuların çoxu əsassız imiş. Əlbəttə, texnoloji inkişaf bəzən mövcud sosial və iqtisadi strukturları silkələyir, bəzi peşələrə olan tələbatın kəskin azalmasına səbəb olur. Lakin bu, insanlıq tarixinin daim dəyişən, təkamül edən təbiətinin bir parçasıdır. Texnologiyaya qarşı çıxmaq əvəzinə ondan düzgün və etik şəkildə faydalanmaq, cəmiyyətin rifahı naminə istifadə etmək daha ağıllı yanaşmadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see337

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see223

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see205

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see199

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see199

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see196

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see186

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see183

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see174

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see173

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see171

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see158

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see154

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see151

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see148

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see147

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see147

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri