“Düşünmürəm ki, bu, çox çəkəcək” − Budanov müharibə barədə
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezident Aparatının rəhbəri və danışıqlar prosesinin əsas iştirakçısı Kirill Budanov hesab edir ki, sülh razılaşması uzun çəkməməlidir.
Yeniavaz.com xəbər verir ki, o, bu fikri “Bloomberg”ə verdiyi müsahibədə bildirib.
“Ruslar başa düşür ki, müharibə bitməlidir. Buna görə də onlar danışıqlar aparırlar. Düşünmürəm ki, bu, uzun çəkəcək”, - Budanov deyib.
Məmur qeyd edib ki, Rusiya maliyyə səbəblərinə görə sürətli sülh razılaşmasında həqiqətən maraqlıdır:
“Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar böyük məbləğlərdir - artıq trilyonlarla”.
Budanovun sözlərinə görə, hər iki tərəf əvvəllər maksimalist mövqelər tuturdu, lakin indi tədricən kompromisə doğru irəliləyir. Lakin o, Donbas məsələsində hansı kompromisin ola biləcəyini dəqiqləşdirməyib.
Bu mövzuda digər xəbərlər:Müharibə çox davam etməyəcək Budanov
10 Aprel 2026 20:54
Netanyahu: “İranla müharibə çox uzun çəkəcək” KONKRET
13 İyun 2025 10:03
Budanov müharibə qaydalarını elan etdi
24 Fevral 2026 22:43
Çox şey Rusiyadan asılıdır Budanov
21 Yanvar 2026 08:47
İqor Tudor: “İstefa barədə düşünmürəm”
06 Mart 2026 10:49
Baxış sayı:113
Bu xəbər 10 Aprel 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















