Müharibə çox davam etməyəcək Budanov
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Ofisinin rəhbəri və danışıqlar prosesinin əsas iştirakçısı Kiril Budanov müharibənin uzun çəkməyəcəyini açıqlayıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Budanov “Blumberq”ə müsahibəsində deyib.
“Ruslar müharibənin bitməli olduğunu başa düşürlər. Buna görə də danışıqlar aparırlar. Amma bunun uzun çəkəcəyini düşünmürəm”, – Budanov deyib.
Budanov qeyd edib ki, Rusiya maliyyə səbəblərinə görə sürətli sülh razılaşmasında həqiqətən maraqlıdır:
“Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar böyük məbləğlərdir. Söhbət trilyonlardan gedir”
Budanovun sözlərinə görə, hər iki tərəf əvvəllər “maksimalist mövqe” sərgiləyib, lakin indi tədricən kompromisə doğru irəliləyir. Lakin Donbas məsələsində kompromisin necə olacağı aydın deyil.
Qeyd edək ki, Rusiya və Ukraynanın ilin əvvəlində ABŞ-ın vasitəçiliyi ilə fəal şəkildə davam etdirdiyi danışıqlar prosesi Yaxın Şərqdə müharibənin başlamasından sonra dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Aprel 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















