Icma.az
close
up
RU
Düyü həlimi orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir

Düyü həlimi orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Düyü həlimi çox faydalı müalicəvi məhsuldur. Düyü təbii absorbentdir.

Bu o deməkdir ki, düyü özünə toksinlər, şlaklar və s. ziyanlı maddələri hopdurur və orqanizmdən çıxardır. Nəticədə bağırsaqlar təmizlənir, orqanizm cavanlaşır. Belə nəticələri əldə etmək üçün düyü həlimini daim həftədə ən azı 2-3 dəfə 1 stəkan olmaqla qəbul etmək lazımdır.

Düyü həlimi həmçinin arıqlamağa da kömək edir.

Düyü həlimi əla kosmetik vasitədir - üz dərisinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar, sağlam, cavan edir, məsamələri daraldır, piqment ləkələri daha görünməz edir. Belə nəticələri əldə etmək üçün düyü həlimini kosmetik maska kimi istifadə etmək lazımdır. Bunun üçün həlimdə pambıq parça isladın, sıxın və üz dərisinə qoyub 20 dəqiqə ərzində saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Düyü həlimi mədə və 12 barmaq bağıırsağı xora xəstəliyi, qastrit zamanı çox yaxşı  müalicəvi təsir edir, ağrıları və iltihabı azaldır. Düyü həlimi mədə və 12 barmaq bağırsağın selikli qişasını sanki örtür və bununla turşuların mənfi təsirlərdən qoruyur, selikli qişasının daha tez bərpa olunmasına, xora və eroziyaların sağalmasına kömək edir. Müalicəvi effekt almaq üçün düyü həlimini 2 həftə ərzində gündə 2 dəfə 1/2 stəkan olmaqla içmək lazımdır. Nəzərinizə çatdıraq ki, düyü həlimi bağırsaqları "yığır" və bu səbəbdən qəbizliyə gətirib çıxarda bilər. Bu halda həlimin qəbulunu azaldın.

Zəhərlənmə, ishal, bağırsaq infeksiyası zamanı düyü həlimi təsdiq edilmiş müalicəvi vasitədir - ishalı müalicə edir, bağırsaqları toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır, köpdən azad edir. Məhz bu səbəbdən həkimlər həm böyüklərə, həm də uşaqlara zəhərlənmə, ishal zamanı ilk növbədə məhz düyü həliminin qəbulunu tövsiyə edirlər.

Düyü həlimini hazırlamaq üçün 1 l suya 2 xörək qaşığı yumru düyü tökün və 40 dəqiqə ərzində vam odda qarışdıra-qarışdıra qaynadın. Nəticədə düyü həll bişməli, selikli kütlə alınmalıdır. Daha sonra həlimi süzün və qəbul edin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri