Icma.az
close
up
RU
Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırlması yolları

Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırlması yolları

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 9 iyul, AZƏRTAC

Son vaxtlar aparılan tədqiqatlar göstərir ki, 6 yaşa qədər uşaqların təxminən 40–60 faizində fizioloji düzayaqlılıq mövcuddur. Yaş artdıqca həmin faiz azalır və 10 yaşa çatdıqda çoxu tam formalaşmış tağlara malik olur.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva bildirib.

Onun sözlərinə görə, Avropa pediatriya araşdırmasında qeyd olunub ki, çəki artığı olan uşaqlarda düzayaqlılıq daha davamlı olur və bu, ayağa düşən təzyiqin artması ilə əlaqələndirilir. Eyni zamanda, aktiv həyat tərzi keçirən uşaqlarda düzayaqlılığın öz-özünə düzəlmə ehtimalı daha yüksəkdir:”Düzdabanlığın səbəbləri müxtəlif ola bilər. Ən yayılmış forması fizioloji düzayaqlılıqdır, yəni inkişaf prosesi ilə bağlı olaraq müvəqqətidir. Digər səbəblərə isə genetik meyillilik, əzələ zəifliyi və bağların elastikliyi, sürətli boy artımı, artıq çəki, neyromuskulyar xəstəliklər (serebral iflic və s.), travmalar və ya yanlış ayaqqabı seçimi daxildir. Bəzi hallarda düzayaqlılıq sinir və əzələ sistemi problemlərinə bağlı da inkişaf edə bilər. Bu zaman daha dərin tibbi qiymətləndirmə və çoxşaxəli müdaxilə tələb olunur”

Aytən Musayeva deyib ki, düzdabanlıq ayaq tağının olmaması və ya zəif inkişaf etməsi ilə xarakterizə olunur:“Uşaqlarda həmin vəziyyət olduqca yayğındır və adətən, fizioloji, yəni normal inkişafın bir hissəsi kimi qiymətləndirilir. Əksər hallarda 5 yaşadək uşaqlarda düz ayaq müşahidə olunur. Həmin yaş dövründə ayaq əzələləri və bağ toxumaları hələ tam formalaşmadığı üçün tağ görünməyə bilər. Bu, böyüdükcə, xüsusilə 6–7 yaşda təbii şəkildə düzəlir. Lakin bəzi hallarda düzayaqlılıq patoloji xarakter daşıya və uşağın gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər. Əgər uşaqda ayaqlarda və ya topuqda ağrı, qısa müddətdə yorğunluq, balanssızlıq və tez-tez yıxılma, ayaqqabının qeyri-bərabər aşınması müşahidə olunursa, bu zaman ortopedik qiymətləndirmə vacibdir”.

Həkim qeyd edib ki, ortopedik içliklər, ayaq əzələlərini gücləndirən məşqlər və ayaqyalın gəzinti kimi konservativ müalicə üsulları vəziyyəti yüngülləşdirməyə kömək edə bilər: “Ciddi və ağrılı hallarda isə fizioterapiya və nadir hallarda cərrahi müdaxilə tələb olunur. Mütəxəssislər vurğulayırlar ki, simptom olmayan düzayaqlılıq çox zaman müdaxiləyə ehtiyac duymur və sadəcə müşahidə etmək kifayətdir. Amma ağrı və diskomfort varsa, erkən müdaxilə uşağın gələcəkdə daha ciddi ortopedik problemlərlə üzləşməsinin qarşısını ala bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri