Icma.az
close
up
RU
Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları FOTOLAR

Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları FOTOLAR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 22-də “Fairmont Baku”-da Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, həmin kafedranın “Tibbi Psixologiya” ixtisası üzrə elmlər doktoru proqramı üzrə doktorantı, klinik psixoloq-konsultant, hipnoterapevt, APA (Amerika Psixoloqlar Assosiasiyası) və Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə Kazımova və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirən Fatimə Cəfərovanın “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” adlı nəzəri-praktik təlimi keçirilib.

Modern.az xəbər verir ki, təlimdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Psixologiya Elmləri doktoru, professor Səxavət xanım Əliyeva, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, professor Nuran Abdullayev, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İradə xanım Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova, Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsalə Kərəm qızı Musayeva, Bakı Dövlət Universitetinin(o cümlədən psixologiya kafedrası) əməkdaşları və tələbələri Kamilə xanım və Fatimə xanımın digər dəvətliləri iştirak ediblər.

Təlimi giriş sözü ilə açıq elan edən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Səxavət xanım Əliyeva çıxış edərək, təlimin nəzəri və praktik əhəmiyyətini qeyd edərək təlimçilərə uğurlar arzuladı.

Həmçinin təlimdə Milli Məclisin Ailə, qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, professor Nuran Abdullayev öz ürək sözlərini bildirirərək, təlimin nəzəri və praktik əhəmiyyətindən danışdılar.

Nəzəri-praktik təlimdə, fobiyaların klinik-psixoloji mahiyyəti və simptomları, qorxu və fobiya anlayışlarının fərqi, fobiyanın yaranma səbəblərinə müxtəlif yanaşmalar, fobiyaların növləri, canlı keys təqdimatı və müzakirələr, fobiyaların aradan qaldırılması metodları və.s məsələlərə geniş yer verilib. O cümlədən iştirakçılar qarşısında hipnoz vasitəsilə real klientlə (öz razılığı ilə) pişik fobiyasının aradan qaldırılmasının praktik nümayişi, Virtual reallıq texnikasından isitifadə edilərək fobiyaların aradan qaldırılması (məruzqoyma-klientin fobiyanın uzərinə getməsi) üsulundan, həmçinin real klientlərin öz dillərindən fobiyalar  haqqında həyat hekayələri və onların təhlili, eyni zamanda təlimə qoşularkən maska istifadə etsə də, təlimin sonuna doğru maskasını çıxaran gəncin real həyat hekayəsi (fobiyalarla bağlı münasibətini dəyişərək öz fikrini təqdim edən) və s. praktik məsələlər təlim iştirakçılarına təqdim edildi. Təlimin sonunda praktik şəkildə iştirakçılar üzərində relaksasiya metodu  tətbiq olundu və iştirakçıların fikirləri dinlənilərək, suallar cavablandırıldı.

Daha sonra  Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Validə Vəliyeva, BDU-nun politologoya və sosiologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Xatirə Əfəndiyeva, Psixoloq, həmçinin Tibb universitetinin tələbəsi Lalə Sadıqlı, Şəhid anası Leyla xanım, Pozitiv Psixologiya Mərkəzinin psixoloqu Sevinc Nəbiyeva və digər təlim iştirakçıları çıxış edərək təlim haqqında öz təəsüratlarını bildiriblər. Onlar Kamilə Kazımova və Fatimə Cəfərovaya uğurlar arzulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri