Icma.az
close
up
RU
Düzgün qiymətləndirmə uğurlara qapı açır

Düzgün qiymətləndirmə uğurlara qapı açır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində yenilənmə qiymətləndirmə xidmətlərinə olan tələbatı ciddi şəkildə artırıb. Bu fonda Azərbaycan Qiymətləndiricilər Palatası həm bazarın sağlamlaşdırılması, həm də standartların tətbiqi baxımından əsas rol oynayır.

Palatanın fəaliyyəti qiymətləndirmə sektorunun strukturlaşdırılması, kadr hazırlığı və şəffaf mexanizmlərin qurulmasında xüsusi dəyərə malikdir. Biz də bu istiqamətdə görülən işlərin mahiyyəti və gələcək planlarla bağlı Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimovla həmsöhbət olduq.

– Nüsrət müəllim, Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması zərurəti nədən irəli gəlib və Palata hansı əsas missiyanı daşıyır?

– Qiymətləndirmə sektoru uzun illər normativ tənzimləmədən kənarda fəaliyyət göstərdiyinə görə həm peşə məsuliyyəti, həm də bazar etibarı baxımından institusional boşluqlar yaranmışdı. 2023-cü ildə yeni Qanunun qəbul edilməsi bu boşluqların aradan qaldırılması üçün mühüm hüquqi əsas yaratdı. Palatanın təsisi isə həmin hüquqi çərçivənin praktik, davamlı və nəzarət olunan şəkildə tətbiqini təmin edən strateji institut kimi formalaşdı.

Palatanın missiyası qiymətləndirmə sektorunda peşəkarlığın sistemli şəkildə artırılması, beynəlxalq standartlara uyğun etik mühitin formalaşdırılması, qiymətləndiricilərin bilik və məsuliyyət səviyyəsini ölçən vahid institutun yaradılması və beləliklə, dövlət, biznes və vətəndaş maraqlarının daha güclü müdafiə edilməsindən ibarətdir.

– Palatanın fəaliyyəti hazırda hansı mərhələdədir və növbəti illər üçün strateji hədəflər necə müəyyən olunub?

– Qısa müddət ərzində təşkilat idarəetmə strukturu formalaşdırılmış, normativ aktların icra mexanizmləri işə salınmış, Davamlı Peşə Hazırlığı sistemi tətbiq olunmuş və “BQS 2025” (Beynəlxalq Qiymətləndirmə Standartları) ilə uyğunluq üzrə mərhələli fəaliyyət planı təsdiq edilmişdir. Əhəmiyyətli nailiyyətlərdən biri Elektron Reyestr Sisteminin konseptual bazasının hazırlanması və ilkin mərhələdə tətbiqinə başlanmasıdır.

Əsas çətinliklər bazarın yeni tənzimləmə tələblərinə adaptasiyası ilə bağlı olub. Uzun illər minimal tələblərlə işləyən sektorda davranış dəyişiklikləri, hüquqi məsuliyyətin dərk olunması və keyfiyyət standartlarına uyğunlaşma geniş izah və maarifləndirmə tələb edirdi. Növbəti illərdə Palata tənzimləmə mərhələsindən inkişaf mərhələsinə keçməyi planlaşdırır. Strateji istiqamətlərə standartların milli xüsusiyyətlərə uyğunlaşdırılması, rəqəmsal nəzarət alətlərinin tam inteqrasiyası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və institusional peşə mədəniyyətinin sabitləşdirilməsi daxildir.

– Qiymətləndiricilərin reyestri barədə nə düşünürsünüz? Bazarın peşəkarlıq səviyyəsinə və etimad mühitinə bunun hansı təsirləri var?

– Reyestr qiymətləndirmə sektorunda şəffaflıq və məsuliyyətin əsas təminat mexanizmlərindən birinə çevrilmişdir. Sistem sadəcə qeydiyyat bazası deyil, hər bir qiymətləndiricinin bilik səviyyəsini, iş təcrübəsini və fəaliyyət tarixçəsini obyektiv şəkildə əks etdirən institusional mühitdir. Reyestrin tətbiqi qeyri-peşəkar fəaliyyət imkanlarını məhdudlaşdırmış, “ad altında xidmət göstərmə” kimi hallar isə faktiki olaraq aradan qaldırılmışdır. Banklar və biznes qurumlarının hesabatlara etimadı artmış, keyfiyyətsiz sənədlər isə bazardan təbii seleksiya yolu ilə çıxmağa başlamışdır.

– Palatanın nümayəndələri üçün Etik Davranış Kodeksi mövcuddurmu və tətbiqi hansı mexanizmlərlə təmin edilir?

– Palata tərəfindən Etik Davranış Kodeksi təsdiq olunmuşdur və bu sənəd peşənin hüquqi və davranış standartlarını müəyyənləşdirir. Kodeks müstəqillik, obyektivlik, tərəfsizlik və peşə məsuliyyəti kimi prinsipləri əhatə edir. Onun icrası tövsiyə xarakteri daşımır: Elektron Reyestr üzərindən hesabatların izlənməsi, seçmə əsaslı keyfiyyət yoxlamaları, elektron şikayət mexanizmi və İntizam Komissiyasının səlahiyyətləri etika pozuntularının hüquqi məsuliyyət çərçivəsində araşdırılmasını təmin edir. Bu model sektorda davranış intizamını sabit institusional norma səviyyəsinə yüksəldir.

– Palata üzvlüyü üçün tələblər necə müəyyənləşdirilib və icrası necə yoxlanılır?

– Üzvlük üçün ali təhsil, sahəyə uyğun baza bilikləri, Dövlət İmtahan Mərkəzinin keçirdiyi sertifikasiya imtahanının nəticələri və peşə sığortasının mövcudluğu tələb olunur. Təqdim edilən məlumatlar sənədlər əsasında və Elektron Reyestrin avtomatik yoxlama modulları vasitəsilə təsdiqlənir. Üzvlük əldə etdikdən sonra qiymətləndirici Davamlı Peşə Hazırlığı üzrə illik tələbləri yerinə yetirməlidir. Bu mexanizm üzvlüyün formal deyil, bilik yenilənməsi və peşə məsuliyyəti əsasında davamını təmin edir.

– Bəzi qiymətləndirici təşkilatların reyestr məlumatlarının passivləşdirilməsi hansı hüquqi əsaslara söykənir?

– Qanuna əsasən qiymətləndirmə fəaliyyətini yalnız sertifikatlı mütəxəssislər həyata keçirə bilər. Təşkilatların reyestrdə olması isə yalnız məlumat xarakteri daşıyır. Əgər təşkilatın tərkibində sertifikatlı qiymətləndirici yoxdursa və ya təqdim olunan məlumatlar aktual deyilsə, həmin təşkilatın reyestr məlumatlarının passivləşdirilməsi qanunun tələblərinə tam uyğundur. Bu addım inzibati sanksiya deyil, reyestrin cəmiyyətə real, dəqiq və şəffaf informasiya təqdim edən texniki-hüquqi mexanizmdir.

– Qiymətləndirmə sənədlərinin elektron arxivləşdirilməsi və onlayn xidmətlərin genişləndirilməsi üzrə hansı layihələr icra edilir?

– Palata qiymətləndirmə sənədlərinin mərkəzləşdirilmiş elektron arxivdə saxlanılması üçün xüsusi rəqəmsal platforma hazırlayır. Bu arxiv məlumatların uzunmüddətli, təhlükəsiz və auditə uyğun şəkildə qorunmasını təmin edəcək. Paralel olaraq qiymətləndiricilərin onlayn qeydiyyatı, hesabatların elektron təsdiqi, banklarla API inteqrasiyası və Keyfiyyətə Nəzarət sisteminin rəqəmsal idarə edilməsi kimi xidmətlər mərhələli şəkildə tətbiq olunur. 30 noyabr tarixində Palatanın təsis edilməsinin 1 illiyində Elektron Portal istifadəyə veriləcək və bütün xidmətlər vahid platforma üzərindən idarə olunacaq.

Yeni sistem hər bir hesabatın unikal identifikasiya kodu ilə rəqəmsal qeydiyyatını təmin edir. Bu, sənədlərin dəyişdirilməsi, təhrif edilməsi və ya təkrar istifadəsi kimi riskləri tam aradan qaldırır. Banklar və digər qurumlar kod vasitəsilə hesabatın orijinallığını bir neçə saniyəyə yoxlaya bilirlər. Eyni zamanda sistem qiymətləndiricinin fəaliyyət statistikasını, reyestr məlumatlarını və bilik yenilənməsi üzrə göstəricilərini real vaxt rejimində əks etdirir. Bu model ölkədə ilk dəfə qiymətləndirmə sənədlərinin idarə olunmasında tam rəqəmsal audit imkanlarını təmin edir.

– Palatanın dəstək mexanizmləri nələri əhatə edir və beynəlxalq əməkdaşlıq hansı səviyyədədir?

– Palata əmlak, avadanlıq, kənd təsərrüfatı, biznes, təbii sərvətlər və digər sahələr üzrə ixtisaslaşmanın genişləndirilməsi məqsədilə yeni təlim modulları və praktiki proqramlar hazırlayır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qlobal standartlara uyğun sertifikat proqramları ölkəyə gətirilir. Məqsəd yerli qiymətləndiricilərin peşəkar səviyyəsini beynəlxalq tələblərə uyğunlaşdırmaq, rəqabət qabiliyyətini artırmaq və Azərbaycan qiymətləndirmə bazarını regional miqyasda etibarlı tərəfdaş kimi formalaşdırmaqdır.

Müsahibəni hazırladı:
Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri