DYP dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər yol polisi tərəfindən sürücülər arasında keçirilən reydlər zamanı sükan arxasında mobil telefondan istifadənin hələ də geniş yayıldığı məlum olub. Bəs sürücülər bu qayda pozuntusuna görə hansı məsuliyyət daşıyırlar və yol polisi bu hallara qarşı hansı tədbirləri görür?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosunun efirində danışıb.
Elvin Hacıyev bildirib ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlayaraq istifadə etməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır və bu hal 50 manat məbləğində cərimə ilə nəticələnir.
Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı - REAL VİDEO
“Bir saniyəlik diqqətsizlik ağır nəticələrə, geri dönüşü olmayan faciələrə gətirib çıxara bilər”, – deyə Elvin Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, bu kimi hallar Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar edildiyi zaman sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
“Elə buna görə də hər bir sürücüdən xahişimiz, qaydalara riayət etmələridir. Unutmayaq ki, yol birgə məsuliyyət yeridir”, – deyə baş inspektor əlavə edib.
Eltac Zülfüqaroğlu
Oxunub 250
Baxış sayı:115
Bu xəbər 26 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















