Icma.az
close
up
RU
DYP dən bu sürücülərə XƏBƏRDARLIQ

DYP dən bu sürücülərə XƏBƏRDARLIQ

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakıda son vaxtlar yük maşınlarının şəhər daxilində hərəkəti ilə bağlı ciddi problemlər müşahidə olunur.

BAKU.WS-in məlumatına görə, gündüz saatlarında yollarda sıxlıq yaradan, təhlükəsizlik riskləri doğuran və sürət həddini aşaraq qəzalara səbəb olan hallara tez-tez rast gəlinir.

Bu səbəbdən də həm yük avtomobillərinin şəhərə girişinə, həm də sürət rejiminə dair qadağalar tətbiq olunur.

Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, baş verə biləcəq qəzaların qarşısının alınması üçün sürücülər hər zaman daha diqqətli olmalı, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər sərt döngələrdə, enişli və körpü sahələrində sürəti azaltmalı, idarəetməyə tam nəzarəti təmin etməlidirlər:

"Eyni zamanda, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığının yoxlanılması həyati əhəmiyyət daşıyır.

Unutmayaq ki, yolda hər kəsin təhlükəsizliyi bir-birimizin məsuliyyətli davranışından asılıdır. Hər qaydaya əməl etmək – həm öz həyatımızı, həm də digər insanların həyatını qorumağın ən etibarlı yoludur.

Eyni zamanda xatırladırıq ki, çəkisi səkkiz tondan artıq olan yük avtomobillərinin paytaxta girişi yalnız axşam saat 22:00-dan səhər 08:00-a qədər müəyyən edilib. Bu məhdudiyyət nəqliyyatın sıxlığının qarşısını almaqla yanaşı, hərəkət təhlükəsizliyinin təmin edilməsinə də xidmət edir. Yük avtomobili sürücüləri bu qaydaya ciddi əməl etməlidirlər. Yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər təyin olunmuş yük tonajını aşdıqları halda barələrində tədbirlər görüləcək".

Qeyd edək ki, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə fiziki şəxslər 40 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri