Icma.az
close
up
RU
“E Şikayət” sisteminə daxil olan müraciətlərin sayı açıqlandı

“E Şikayət” sisteminə daxil olan müraciətlərin sayı açıqlandı

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir.

Adalet.az xəbər verir ki, bu təhlillərdən əldə edilən nəticələrə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflərini verir.

Bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.

2025-ci ilin yanvar-avqust ayları ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 4165 şikayət daxil olub. Bu müraciətlərin 62.6%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 18,9% mobil internet və rabitə xidmətləri, 18,5%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 17 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 108 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə ilin 8 ayı ərzində “E-Şikayət” sisteminə 3392 müraciət daxil olub. Bu müraciətlərin böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 23,3%, telefon rabitəsi üzrə isə 14,9%-dir.

Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır. 

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 34%-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 10,6%-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir. 

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (7,85%), infrastruktur (1,42%) və istehlakçılara göstərilən xidmətlərdən narazılıqla bağlı (1,36%) əsas kateqoriyalara ayrılıb. 

Mobil rabitə xidmətində 8,95%-lə operatorun fəaliyyətindən narazılıq, 3,01%-lə mobil operatorların nömrədaşıma məsələsində abunəçilərə yaratdığı çətinliklər və 1,39%-lə tariflərlə bağlı müraciətlər ilk 3-lüyə daxildir. Operatorun ümumi fəaliyyətindən narazılıq mövzusu əsasən abunəçinin operatorun xidmətindən istifadə edərkən birdən çox çətinlikləri əks etdirir (şəbəkə zəifliyi, danışıqda donmalar, müştəri xidmətlərinin keyfiyyətsiz xidməti, verilən sorğuların gec cavablandırılması və s.).

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 0,92%-lə tariflər, 0,8%-lə operatorun ümumi fəaliyyətindən narazılıq və 0,5%-lə xidmətin işləməməsi barədə qeydə alınıb. 

Poçt rabitəsi xidmətləri üzrə 8 ay ərzində 773 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 18,5%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 85%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 8% müraciətlər müştəri xidmətləri, digər 7% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,26%-i sürətli poçt xidmətləri, 11,74%-i universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir. 

Beləliklə, müraciət edərkən ünvan olaraq vətəndaşların 54,84%-i Bakını, 5,98%-i Saatlını, 4,51%-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 79,8%-də vətəndaşlar 10 bölgəni (Bakı, Saatlı, Abşeron – Xırdalan, Sumqayıt, Lənkəran, Gəncə, Cəlilabad, Lerik, Yardımlı, Göyçay) ünvan olaraq qeyd ediblər.  

Sistem üzərindən ilin 8 ayı ərzində 78,08% kişi, 21,92% qadın müraciət edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see10723

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see619

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see268

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see236

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see159

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see150

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see148

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see137

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see129

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see127

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see126

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see123

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri