Icma.az
close
up
RU
Əbədi şöhrətin “Yarımçıq qalmış roman”ı

Əbədi şöhrətin “Yarımçıq qalmış roman”ı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Şair, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurdoğlunun “Yarımçıq qalmış roman” kitabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azadlığa qovuşduran 3000-dən artıq qəhrəman şəhidlərimizdən birinə – leytenant Nicat Məmmədliyə həsr olunmuşdur.

1999-cu il iyul ayının 31-də, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulan Nicat Rizvan oğlu Məmmədli orta təhsilinə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə başlamış, 2016-cı ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə başa vurmuşdur. 2020-ci il ilin iyun ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olmuş, təyinatla Ağdam rayonunun Xındırıstan kəndində yerləşən hərbi hissədə işə başlamışdır.

2020-ci il sentyabrın 27-də işğal edilmiş ərazilərimizin azad olunması və müstəqil respublikamızın ərazi bütövlüyü uğrunda başlanan İkinci Qarabağ müharibəsinin ilk günündən leytenant Nicat Məmmədli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərə qatılmışdır. Oktyabrın 8-də ərazidəki yüksəkliklərin düşməndən alınması uğrunda gedən ağır və şiddətli döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmışdır. Oktyabr ayının 12-də şəhid-leytenant Nicat Məmmədlinin nəşi Culfa şəhərinə aparılmış və burada dəfn edilmişdir.

“Yarımçıq qalmış roman” Nicatın körpəlik və döyüş formasındakı son şəklinə qədər ömür yolunu əks etdirən fotolarla zəngin olmaqla yanaşı, maraqlı bölmələrlə də diqqəti cəlb edir. Kitabın “Şeirlərin şəhdi Şəhid” bölməsində Nicat Məmmədliyə həsr olunmuş 13 şeir çap olunub. Bu poetik nümunələrdən 5-i Nicatın anası Minayə xanıma məxsusdur. Şəhid anası “Yenə gözüm yolda qalıb” şeirində yazır:

Çox məşhur bir bağban oldun,
Dərd ağacı əkib getdin.
Çox məşhur bir rəssam oldun,
Sinəmə dağ çəkib getdin.

“Leytenant Məmmədli Nicatın iş dəftəri” bölməsinə şəhidin şəxsi qeydləri daxil edilib. Bu iş dəftərində Nicatın dünyagörüşü, maraq dairəsi, məlumatlılıq səviyyəsi, kitaba olan marağı özünü göstərir.
Kitabın sonuncu bölməsi “Şəhid anasından cənnətə məktub” adlanır. Şəhid anası Minayə xanımın oğlu Nicata ünvanladığı məktubdan ürəkgöynədən sətirlər: “Canım oğlum, dünyaya göz açmağınla həyatıma işıq saçanım! Bu dünyadan cənnətə getməyinlə işıqlı dünyamı qaranlıq edənim! Sən Vətəni, torpağı bizdən üstün tutdun!”.
Kitabın adı da oxucuda maraq oyadır. Niyə “Yarımçıq qalmış roman”? Bəli, bu ad iki məna daşıyır. Həm şəhidimizin taleyinə yazılmış yarımçıq bir həyat romanı, həm də Nicat Məmmədlinin özünün hamıdan gizli şəkildə qələmə aldığı və çox təəssüf ki, tamamlaya bilmədiyi yarımçıq roman.
Şəhid-leytenant Nicat Rizvan oğlu Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordenilə təltif edilmişdir.

Ələkbər QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see277

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see268

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see263

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see252

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see249

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see243

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see243

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see238

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see236

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see224

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see219

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see218

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see207

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see201

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see199

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see195

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see191

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see190

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see185

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri