Icma.az
close
up
RU
Əbədiyyətdə yaşayan dostum Ağaddin Babayev

Əbədiyyətdə yaşayan dostum Ağaddin Babayev

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

​İnsanı bu fani və etibarsız dünyada həqiqi mənada yaşadan, o köçəndən sonra arxasınca boylanan xatirələri və geridə qoyduğu pak, nəcib əməlləridir. Elə bəndələr var ki, bu həyatda olarkən də, ruhu uca dərgaha qovuşandan sonra da qəlblərdə silinməz, dərin izlər qoyur. Zamanın amansız rüzgarı əsdikcə o izlər itmir, əksinə, qəlbimizin ən kövrək guşəsində daha da büllurlaşır. Bu gün qəlbimdə bir ilin gətirdiyi ağır, göynədici bir sızıltı, qələmimdə isə vəfalı bir dostun, can sirdaşının ayrılıq acısı var...
​Düz bir il öncə — 2025-ci ilin iyunun 21-də fələk bizi amansız bir itki ilə üz-üzə qoydu. Azərbaycan ədəbi-bədii, mədəni və mətbuat dünyası, həmçinin mənim hicranla dolu qəlbim özünün ən parlaq, ən doğma ziyalısını — tanınmış jurnalist, yazıçı, dramaturq və tərcüməçi Ağaddin Babayevi itirdi. Bir il... Dilə asan gələn, amma içimizdəki o böyük boşluğun yanında hər günü bir əsrə bərabər olan kədərli bir zaman kəsiyi... Amma nə bir anlıq, nə bir nəfəslik belə unudulmadı Ağaddin. Onun yoxluğu qəlbimizi göynətsə də, ruhumuza bəxş etdiyi o nur hər saniyə bizimlədir.
​Ağaddin Babayev ədəbiyyata, sözə və mədəniyyətə hər zaman böyük dəyər verilən, özünəməxsus mənəvi iqlimi olan Lənkəranın Şağlaser kəndində dünyaya göz açmışdı. 15 mart 1956-cı ildə başlayan bu ömür yolu ilk gündən sona qədər sənətin müqəddəsliyinə xidmət etdi. Yaşasaydı, bu il o, sevimli dostlarının, doğmalarının əhatəsində 70 illik yubileyini qeyd edəcəkdi...
​O, doğulduğu torpağın rəngini, insanlarının taleyini, dövrün nəbzini eyni həssaslıqla duyan və yazan nadir qələm sahiblərindən idi. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirdikdən sonra, əmək fəaliyyətinə fəhləlikdən başlayan Ağaddin müəllim həyatın hər pilləsini alın təri ilə keçmişdi. 1979–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində aldığı ali təhsil onun yaradıcılıq üfüqlərini daha da genişləndirdi.
​Onun əlli ilə yaxın bir dövrü əhatə edən bədii xəzinəsində hekayələr, pyeslər və zərif hisslərlə yoğrulmuş şeirlər xüsusi yer tutur. Təkcə yazmırdı Ağaddin müəllim, o həm də rus və dünya ədəbiyyatının incilərini Azərbaycan dilinə böyük ustalıqla tərcümə edərək milli mədəniyyətimizi zənginləşdirirdi.
​Onun qələmindən çıxan pyeslər sadəcə quru mətnlər deyil, canlı həyat nəfəsi daşıyan sənət nümunələri idi. Təsadüfi deyil ki, Ağaddin Babayevin yazdığı və tərcümə etdiyi əsərlər ölkəmizin müxtəlif teatr səhnələrində — Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, ağrılı-acılı Şuşa Dövlət Musiqili Dram Teatrında, uşaqların dünyasını işıqlandıran Salyan Dövlət Kukla Teatrında dönə-dönə tamaşaya qoyuldu. Pərdələr hər dəfə açılanda, aktyorlar onun sözlərini səsləndirəndə Ağaddin bəyin ruhu tamaşaçı alqışlarında yenidən doğulurdu. O, səhnə duyğusunu iliklərinə qədər hiss edən əsl dramaturq idi.
​Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan bu böyük insan, təmsil olunduğu hər bir qurumun yaradıcılıq vicdanı idi. "Qızıl qələm" media mükafatı laureatı olan publisist, həmçinin Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi məqalə müsabiqələrinin dəfələrlə qalibi olmuşdu.
​Ağaddin müəllimin çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsi mətbuat və pedaqogika ilə bağlı idi. O, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, "Lənkəran" qəzetində müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, həmçinin APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışaraq prinsipial jurnalist sözünü hər zaman uca tutmuşdu. Ömrünün sonuna qədər də doğma "Lənkəran" qəzetində şöbə müdiri olaraq gənc nəslə yol göstərirdi.
​Eyni zamanda, o, uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edərək yüzlərlə gəncin qəlbinə vətənpərvərlik, dilə hörmət hissləri pevənd etmişdi.
​Bu gün Ağaddin müəllimin vəfatından bir il keçir. Böyük, xeyirxah bir ürək susdu, amma arxasında heç vaxt susmayacaq iki dəyərli kitab və zəngin bir irs qoyub getdi. İndi onun səsi pərdəsi bağlanmayan səhnələrdə, saralmayan qəzet vərəqlərində və onu canından çox sevən dostlarının xatirələrində yaşayır.
​Mənim dəyərli dostum, ruhumu bəslədiyim sirdaşım! Cismin torpağa əmanət olsa da, nəcib ruhun, təmiz adın və geridə qoyduğun işıqlı irsin bizə əbədi təsəllidir. Dost itkisi çətindir, ürək sızladır, saçlara vaxtsız dən salır. Amma sənin kimi bir insanı tanımaq, səninlə çiyin-çiyinə addımlamaq bu həyatın mənə ən gözəl töhfəsi idi.
​Ruhun şad, məkanın cənnət, ulu dərgahda yerin uca olsun, sözün və səhnənin əbədi fədaisi! Ailəsinə, övladlarına və səni sevən hər kəsə uca Tanrıdan səbr diləyirəm. Sən daima dərin hörmət, ehtiram və daxili bir sızıltı ilə xatırlanacaqsan... Unudulmursan və unudulmayacaqsan!
​Dərin hörmət və kədərlə:
Zahid Həbiboğlu, Lənkəran rayonu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri