Ebola epidemiyası Uqandada başa çatıb
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Səhiyyə naziri ölkənin rəsmi olaraq Eboladan xilas olduğunu açıqlayıb
Uqanda hakimiyyəti ölkədə may ayında qeydə alınan Ebola epidemiyasının başa çatdığını elan edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Səhiyyə naziri Kris Barjomunsi ölkənin rəsmi olaraq Eboladan xilas olduğunu açıqlayıb. Onun sözlərinə görə, qərar son yoluxmuş xəstənin evə buraxılmasından sonra başlanmış 42 günlük müşahidə müddətinin başa çatması əsasında qəbul edilib.
Məlumata görə, Uqandada ümumilikdə 20 nəfərdə Ebola təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasında, 5-i isə ölkə daxilində virusa yoluxub. Konqo Demokratik Respublikasının vətəndaşı olan iki nəfər vəfat edib, 18 xəstə isə sağalaraq evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 İyul 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















