Icma.az
close
up
RU
Ebola virusu Azərbaycana gələ bilər? Professor açıqladı

Ebola virusu Azərbaycana gələ bilər? Professor açıqladı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Ebola epidemiyası yenidən genişlənir. Son həftələrdə qeydə alınan yeni yoluxma hallarının artması nəticəsində epidemiya tarixi baxımdan üçüncü ən böyük Ebola yayılması səviyyəsinə çatıb. Beynəlxalq səhiyyə qurumları xəstəliyin xüsusilə Mərkəzi və Qərbi Afrikada sürətlə yayılmasının regional səhiyyə sistemlərinə ciddi təzyiq göstərdiyini və qlobal riskləri artırdığını bildirirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, Ebola hemorajik qızdırma yaradan viruslardan biridir:

"Ebola hemorajik qızdırma yaradan viruslardan biridir. Zoonotik virusdur, əsasən meyvə yarasalarında müşahidə olunur. İnsanlara onların qanı, sekreti, ağız suyu dəyən qidalar vasitəsilə yoluxur. Yoluxanlar da bir-birini təmas yolu ilə yoluxdura bilirlər”.

Professor qeyd edib ki, Ebolanın hava-damcı yolu ilə keçməsi qeydə alınmayıb:

"Hələlik Ebola və digər hemorajik qızdırmaların hava-damcı yolu ilə keçməsi qeydə alınmayıb. Əgər bu baş versəydi, çox təhlükəli pandemiyalar yarana bilərdi. Ona görə də belə infeksiyalar hansısa bir yerdə epidemiya yaradanda, Ümumdünya Səhiyyə Təşkilatı onun üzərinə düşür və onu mənbəyində lokallaşdırmağa çalışır. Çünki bu virus insanda yayıldıqca daim yeni xassələr əldə edir. Virusa yoluxan insandan sonra virus insanın qanı, ağız suyu, qusuntusu, tər, südü, sperması və s. bioloji mayeləri vasitəsilə başqa insanlara keçə bilir”.

A.Qeybulla deyib ki, bu virus ölümcül ola bilər:

"Ebola virusunun inkubasiya dövrü 3-21 günə qədərdir. Yoluxmadan sonra təxminən 3-7 gündən sonra infeksiya özünü göstərir. Əvvəlcə qripə bənzər əlamətlər, sonra mədə-bağırsaq əlamətləri və sonda hemorajik qızdırma başlayır. Bu zaman daxili orqanlarda qanaxmalar ola bilər və bu da ölümə gətirib çıxara bilər. Belə infeksiyaya yoluxanlar dərhal xəstəxanaya yerləşdirilir”.

Həkim bildirib ki, infeksiyanın Azərbaycana gəlməsi mümkündür:

"Bu infeksiyanın Azərbaycana gəlməsi mümkündür. Amma buna baxmayaraq Azərbaycana gətirildiyi təqdirdə lazımi karantin tədbirləri dərhal görülməli və infeksiya mənbəyində lokallaşdırılmalıdır.

Transsərhəd hərəkət ciddi nəzarətə götürülməlidir. Xüsusən qonşu ölkələrdə hallar varsa - məsələn, İranda vəziyyət necədir, yoluxma halları varmı - bu barədə artıq məlumatlar var və hesab edirəm ki, biz diqqətli olmalıyıq. Mən Ebola virusunun geniş bir pandemiya yaradacağını düşünmürəm. Amma hər halda virusun mümkün epidemiyaları gələcəkdə daha ciddi problemlər yarada bilər”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri