Icma.az
close
up
RU
Professor: Rusiyanın Azərbaycana təzyiq ciddi nəticə verməyəcək

Professor: Rusiyanın Azərbaycana təzyiq ciddi nəticə verməyəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


“Rusiyada soydaşlarımıza qarşı baş verənləri şovinist münasibət adlandırmaq daha doğru olardı. Hesab edirəm ki, Rusiyada soydaşlarımızla bağlı yaşananlar bu ölkədə əvvəlcədən hazırlanmış siyasətin ayrı-ayrı elementləridir. Rusiya azərbaycanlılara qarşı şovinist siyasət yürüdür və onları ölkədən çıxarmağa məcbur etməyə çalışır. Rusiya faktiki olaraq Azərbaycanla mübahisə, gərginlik axtarır. Çünki Azərbaycanın müstəqil və milli maraqlara hesablanan siyasətindən narazıdır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.
“Rusiya Azərbaycanın Ukrayna ilə münasibətlərindən də narazıdır, bu münasibətlərə görə qəzəblidir. Amma biz müstəqil dövlətik və öz maraqlarımıza uyğun siyasət yürüdürük. Mənim ehtimalıma görə, Rusiyanın davranışları getdikcə intensivləşəcək. Onlar daha çox Rusiyadakı soydaşlarımıza təzyiq etməyə çalışacaqlar. Amma bunlar əbəsdir. Bizim yüz minlərlə soydaşımız orada işləyir və dövlətə vergi verir. Bu kateqoriya insanlara təzyiq edən Rusiyanın bir milyona yaxın işsiz hindistanlını ölkəyə gətirib nəyə nail olacağını bilmirəm. Bizim soydaşlarımız təkcə özləri üçün işləmir, eyni zamanda Rusiyaya töhvə verirlər. Hər halda Rusiya rəhbərliyi bu barə daha ətraflı düşünsə, yaxşı olar”,- professor qeyd edib.
Q. Hüseynli xatırladıb ki, indiki mərhələdə Rusiyaya qarşı Avropa Birliyi (AB) ilə yanaşı Amerika tərəfindən də sanksiyalar qəbul olunub və bu proses davam edir:
“Rusiya xammalına, bu ölkənin isə müasir texnologiyaya çıxış imkanı dayandırılıb. Neftinin qiyməti endirilir. İstehsal gücü tədricən zəifləyir. İlin sonuna qədər daha da zəifləyəcək. Bu halda ölkəsində olan miqrantları sıxışdıran Rusiya bir milyon hindistanlı gətirib onlara hansı işi verəcək? Mən hesab edirəm ki, bütün bunlar avantüradan başqa bir şey deyil”.
Müsahibimizin fikrincə, Rusiyanın Azərbaycana təzyiqi ciddi nəticə verməyəcək: “Rusiyanın indiki davranışları Azərbaycana psixoloji təzyiqdir. Eləcə də çəkindirmək cəhdidir. Məsələn, Ukrayna ilə bağlı siyasətimizdən çəkindirmək istəyirlər. Amma bu istək nəticəsiz qalacaq. Onlar indiki ağır dövrlərində mehriban qonşuluq siyasətində maraqlı olan Azərbaycan kimi ölkələri özündən küsdürməməlidir”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri