Icma.az
close
up
RU
EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təşkil edəcəyi tədbirləri açıqlayıb.

"Report"un EBRD-yə istinadən xəbər verirki, COP29 konfransının ilk günündə EBRD, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı və Dünya Bankı Qrupu kimi çoxtərəfli inkişaf bankları (MDB) ilə birgə "Tərəqqi naminə tərəfdaşlıq: MDBs və müştərilərin 6-cı maddənin təşviqi və karbon bazarının inkişafı üzrə əməkdaşlığı" adlı tədbir keçirəcək. Bu sessiyada əsas maraqlı tərəflər çoxtərəfli inkişaf banklarının müştərilərə beynəlxalq karbon bazarlarında əməkdaşlıq vasitəsilə necə dəstək verdiyini müzakirə edəcəklər.

Noyabrın 13-də isə EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə "İqlim Nəticələrinin Ölçülməsi: MDB-lərin Ümumi İndikatorları" mövzusunda sessiya təşkil edəcək. Tədbir iştirakçıları inkişaf banklarının nəticələri necə ölçdüyünü, hesabat metodlarını və ümumi göstəricilər barədə məlumat verəcəklər.

Noyabrın 14-də EBRD Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birlikdə "Afrikada Enerji Səmərəliliyinin Artırılması: Sıfır Emissiyalı Gələcək üçün Strategiyalar və Tərəfdaşlıqlar" adlı tədbir təşkil edəcək. Bu sessiyada inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Afrikada enerji səmərəliliyi təşəbbüslərinin maliyyələşdirilməsi məsələləri müzakirə olunacaq.

Noyabrın 15-də EBRD-nin təşəbbüsü ilə üç tədbir keçiriləcək. Birinci tədbir "Maliyyə sistemlərinin yaşıllaşdırılması: Çağırışlar, dərslər və irəliləyiş" mövzusunda təşkil olunacaq və burada iqtisadiyyatların dekarbonizasiyasında maliyyə sistemlərinin rolu müzakirə ediləcək.

Həmin gün EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə "İqlim Fəaliyyəti üçün Ölkə Platformaları: Ümumi Anlaşma və İrəliləyiş" mövzusunda ikinci tədbir keçirəcək. Bu tədbirdə iqlim fəaliyyətinə dair ölkə platformalarının əsas prinsipləri və nailiyyətləri müzakirə olunacaq.

Noyabrın 15-də keçiriləcək üçüncü tədbir EBRD, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Qazaxıstan tərəfindən "İqlim Fəaliyyəti üçün Səfərbərlik: Ölkələr, MDB-lər və Özəl Sektorun Rolu" mövzusunda təşkil ediləcək. Tədbirdə enerji, sənaye və maliyyə sektorlarının keçidində maliyyələşdirmənin əhəmiyyəti vurğulanacaq.

COP29 çərçivəsində noyabrın 16-da isə EBRD digər çoxtərəfli inkişaf bankları ilə birgə "MDB-lərin Uzunmüddətli Strategiyalara Dəstəyi" mövzusunda tədbir keçirəcək. Bu tədbirdə uzunmüddətli strategiyaların Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) və Milli Adaptasiya Planlarına (MAP) dəstəyi müzakirə ediləcək.

Noyabrın 19-da EBRD "Ədalətli və Bərabər Keçidin İnkişafı: Çağırışlar və İrəliləyişlər" mövzusunda növbəti tədbir təşkil edəcək. Burada EBRD-nin Ədalətli Keçid Təşəbbüsü çərçivəsində əldə edilmiş ilkin nəticələr təqdim olunacaq.

Noyabrın 20-də isə EBRD və digər çoxtərəfli inkişaf bankları "Dünyada Dairəvi İqtisadiyyata İnvestisiyaların Təşviqi" mövzusunda tədbir keçirəcək. Tədbirdə Dairəvi İqtisadiyyat üzrə İşçi Qrupunun yeni hesabatı təqdim olunacaq və bankların dairəvi iqtisadiyyata dəstək istiqamətindəki fəaliyyəti üzrə nümunələr göstəriləcək.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri