Icma.az
close
up
RU
Nazirlik COP29 çərçivəsində keçirəcəyi tədbirləri AÇIQLADI

Nazirlik COP29 çərçivəsində keçirəcəyi tədbirləri AÇIQLADI

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.

"Unikal" RİNN-ə istinadən xəbər verir ki, həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.

“Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.

Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti - “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.

Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.

Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.

Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri