Icma.az
close
up
RU
Əbu Dabi danışıqları öncəsi cəbhədə DURĞUNLUQ Putin atəşkəslə razılaşmağa məcbur qala bilər...

Əbu Dabi danışıqları öncəsi cəbhədə DURĞUNLUQ Putin atəşkəslə razılaşmağa məcbur qala bilər...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiyanın Ukraynada yeni ərazilər işğal edə bilməməsi onu Əbu-Dabidə daha praqmatik danışıqlar masasına əyləşməyə məcbur edib. Hazırda Rusiya nə Kupyansk, nə də Pokrovsk istiqamətində əhəmiyyətli irəliləyiş əldə edə bilir. Digər cəbhə xəttlərində də hücum potensialı zəifləyib, ciddi canlı qüvvə və texnika itkiləri verilir. Bu vəziyyət danışıqlar prosesində Rusiyanın mövqeyinə birbaşa təsir göstərir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O qeyd edib ki, ABŞ Rusiyaya siyasi və iqtisadi təzyiqləri artırarsa, Vladimir Putin müəyyən güzəştlərə getməyə məcbur qala bilər: "Mövcud mərhələdə Rusiya Donbas məsələsində özünü nisbi üstün tərəf hesab edir. Moskva Donbası tam nəzarətə götürdükdən sonra atəşkəsə gedərək bunu faktiki qələbə kimi təqdim etməyi və növbəti mərhələdə qonşu ölkələrə qarşı təzyiq siyasətini gücləndirməyi planlaşdıra bilər".

M.Əsədullazadə vurğulayıb ki, Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə mərhələli şəkildə zəiflədilməsi riskini yaradır: "Krım, Xerson taleyi ilə bağlı isə hazırda real müzakirələr aparılmır. Bununla belə, Rusiya özünün çətin vəziyyətə düşdüyünün də fərqindədir. ABŞ prezidenti isə Donbasın verilməsi müqabilində atəşkəsə nail olmağa çalışır.

Rusiya müharibədən ciddi şəkildə yorulub. Ölkə iqtisadiyyatı və maliyyə sistemi yaxın perspektivdə dərin böhran riski ilə üz-üzədir. Moskva işğal etdiyi ərazilərin heç olmasa bir hissəsinin de-yure tanınmasına nail olmağa çalışır. Lakin Ukrayna, Avropa İttifaqı və Böyük Britaniya buna razılıq verməyəcək. Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın ABŞ və Rusiya arasında bölünməsinə imkan vermədi.

Əgər Ukrayna bir neçə ay ərzində Rusiya ordusunu cəbhə xəttində saxlaya və ona yeni itkilər yaşada bilsə, Vladimir Putin atəşkəslə razılaşmağa məcbur qala bilər". 

Aytac,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri