Putin Əbu Dabi danışıqlarına kimləri göndərir?
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiyanın Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlara gedən nümayəndə heyətinin tərkibi açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyanı danışıqlarda Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirliyinin rəhbərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki idarəsinin nümayəndələri – İqor Kostyukov və Yuri Jiqarlovski təmsil edəcəklər.
Məlumata görə, onların hamısı, həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirəyə dəvət olunublar.
Peskovun sözlərinə görə, Uşakov dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi kimi qarşıdakı danışıqlara kuratorluq edir. Medinski, Ryabkov, Qaluzin, Kostyukov və Jiqarlovski isə Əbu-Dabidə Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə daxil ediliblər.
Xatırladaq ki, Putin daha əvvəl ABŞ və Ukrayna ilə danışıqların noyabrın 10-1-də Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















