Icma.az
close
up
RU
Əbu Dabi görüşü Prezident İlham Əliyevin diplomatiya sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbədir ŞƏRH

Əbu Dabi görüşü Prezident İlham Əliyevin diplomatiya sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbədir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk birbaşa danışıqlar dövlətimizin başçısının 2020-ci ildən nail olmağa çalışdığı əsas məqsədlərdən biri idi. Bu illər ərzində Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası görüş və müzakirələrə vasitəçilik etmək uğrunda sanki yarışa girmişdilər. Belə vasitəçilərin iştirakı ilə aparılan danışıqların nəticəsiz qalacağını hamıdan əvvəl dövlətimizin başçısı bəyan etməyə başlamışdı. Prezident İlham Əliyevin vasitəçilərin iştirakı ilə keçirilən 30 illik müzakirə təcrübəsi var idi. Məhz buna görə də elə ilk müzakirələrdən sonra Azərbaycan Prezidenti vasitəçilərsiz danışıqlara üstünlük verməyə başladı. Amma təəssüf ki, Ermənistana bunun üçün uzun zaman lazım oldu. Artıq 5 ilə yaxındır ki, danışıqlar vasitəçilərin iştirakı ilə aparılırdı. Belə ki, Əbu-Dabidə keçirilən görüşə qədər iki lider yalnız vasitəçilərin iştirakı ilə və ya çoxtərəfli sammitlər çərçivəsində görüşüblər. Əbu-Dabi görüşü isə vasitəçilərsiz müzakirələrin əsasını qoydu. Həm görüş iştirakçıları, həm də müşahidəçilər bundan sonra iki ölkə arasında münasibətlərin normal məcraya düşəcəyinə, sülh müqaviləsi istiqamətində nəzərdə tutulan nəticənin əldə ediləcəyinə böyük ümid bəsləyirlər. Çünki gec də olsa, artıq Ermənistan ikitərəfli danışıqlara alternativin olmadığını başa düşüb.

Bu fikirləri AZƏRTAC- a açıqlamasında politoloq Əlimusa İbrahimov söyləyib.

İkitərəfli görüş və müzakirələri Ermənistanın əl atdığı sonuncu variant kimi də qiymətləndirildiyini vurğulayan ekspert fikirlərinə əlavə edib: "Bu vaxta qədər Ermənistanın Azərbaycanla yaxınlaşmaq, ona təzyiq etmək üçün əl atmadığı instansiya, dövlət və beynəlxalq təşkilat qalmamışdı. Azərbaycana təsir etmək üçün ermənilər bütün vasitələrdən istifadə etsələr də, heç nəyə nail olmadılar. Əbu-Dabi görüşü isə bir neçə illik işin kulminasiya nöqtəsi oldu. İki ölkənin xarici işlər nazirləri artıq hazırlanmış, lakin hələ imzalanmamış sülh müqaviləsi üzərində işləyiblər. Sərhədlərin delimitasiyası üzrə İşçi qruplarına iki ölkənin Baş nazirlərinin müavinləri rəhbərlik edirlər. İki liderin köməkçiləri Hikmət Hacıyev və Armen Qriqoryan arasında da birbaşa əlaqə kanalı mövcuddur".

Politoloq qeyd edib ki, bu görüş Prezident İlham Əliyevin diplomatiya sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbə kimi qiymətləndirilməlidir: "Dövlətimizin başçısı təkcə Ermənistana deyil, bu ölkənin arxasında dayanan beynəlxalq güclərə də özünün haqlı olduğunu bir daha sübut etdi. Heç bir dövlət, siyasi qüvvə Azərbaycan-Ermənistan münasibətlərində dövlətimizin başçısına istiqamət göstərə bilməz. Onlar Prezident İlham Əliyevdən bu məsələdə yalnız məsləhət ala, Ermənistanla yumşaq davranmağı xahiş edə bilərlər. Amma onların Prezident İlham Əliyevin məsləhətlərinə təkcə Azərbaycan-Ermənistan məsələsində deyil, Cənubi Qafqazla bağlı olan digər məsələlərdə də ehtiyacı var. Azərbaycan Prezidenti artıq uzun müddətdir ki, regional və hətta qlobal səviyyəli problemlərin həllində öz konstruktiv mövqeyi və baxışları ilə digər dövlət başçılarına istiqamət verir. Prezident İlham Əliyevin nüfuzunun getdikcə Azərbaycan və Cənubi Qafqazı, keçmiş SSRİ hüdudlarını aşması bədxahlarımızı narahat edən və onları üzərimizə qaldıran məsələlərdəndir. Əbu-Dabi görüşü həm də onu da göstərdi ki, Rusiyanın təsir dairəsini tərk etmək üçün Ermənistanın Azərbaycanın yaxından dəstəyinə ehtiyac var. Təkcə arzu və istək dövlətlər arasında onilliklər boyu davam edən düşmənçiliyi dərhal aradan qaldırmaq üçün kifayət etmir. Əbu-Dabi görüşündə mövqelərin son dərəcə yaxınlaşması gələcək çoxsaylı müzakirələr üçün zəmin hazırlayıb. Yaxın zamanlarda intensiv danışıqların başlanacağına şübhə yoxdur. Azərbaycan beynəlxalq səviyyədə birbaşa danışıqlar vasitəsilə bütün problemli məsələlərin həll edilə biləcəyini bir daha sübut etdi. Prezident İlham Əliyev Rusiya və Ukrayna rəhbərliyinə də parlaq bir örnək verdi. Danışıqlar nə qədər tez başlasa, qazanılan uğurlar bir o qədər çox olacaq. Ona görə də vaxt irtirmədən masaya oturmaq lazımdır", - deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see255

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see173

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see155

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see130

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see129

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see125

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see123

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see121

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri