Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Əbu Dabi görüşü: Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir TƏHLİL

Əbu Dabi görüşü: Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir TƏHLİL

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2025-ci il iyulun 10-da Əbu-Dabidə baş tutan görüş Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Bu görüş uzun illər beynəlxalq vasitəçilərin iştirakı ilə nəticəsiz qalan danışıqlardan fərqli olaraq, tərəflərin birbaşa iradəsi və məsuliyyəti əsasında irəliləyən, nəticə yönümlü formatın mümkünlüyünü ortaya qoyur. Görüşün artıq ilkin nəticələri də məlum olub. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin paraflanması kimi strateji məsələlərin müzakirəsi onu göstərir ki, artıq texniki detallardan siyasi qərarlara qədər bütün spektr ikitərəfli formatda həll edilməkdədir.

Cənubi Qafqazda suveren sülh modelinin başlanğıcı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov da APA-ya açıqlamasında bildirib ki, Əbu-Dabidə baş tutan vasitəçisiz görüş Azərbaycanın təşəbbüsü və diplomatik iradəsi sayəsində regional güclərin diktəsi olmadan Cənubi Qafqazda suveren qərarvermə modelinin formalaşmağa başladığını nümayiş etdirir.

“Bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında tarixi əhəmiyyətə malik görüş baş tutdu. Bu görüşü tarixi edən əsas amil ilk dəfə olaraq tərəflər arasında tam vasitəçisiz, sırf iki dövlətin liderləri və nümayəndə heyətlərinin iştirakı ilə baş tutmasıdır. Görüşün məhz Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi təşəbbüsü Azərbaycandan gəlmişdi. BƏƏ-nin bu məsələdə neytral mövqe tutması, qərəzsiz və maraqsız tərəf kimi çıxış etməsi Azərbaycanın bu ölkəni danışıqlar üçün məkan olaraq seçməsinə əsas verdi. Bu baxımdan Əbu-Dabi görüşü həm də geosiyasi və diplomatik baxımdan əlamətdar hadisə kimi qiymətləndirilə bilər,” deyə o bildirib.

Ekspertin sözlərinə görə, Əbu-Dabi görüşü sülh prosesini tormozlayan əsas siyasi və hüquqi əngəllərin aradan qaldırılmasına doğru atılmış addımdır: “Görüş sülh və normallaşma prosesinin irəliləməsi baxımından olduqca mühüm idi. Bildiyiniz kimi, mart ayında tərəflər sülh sazişi mətninin yekunlaşdırılması ilə bağlı bəyanat vermişdi, lakin bir sıra əngəllər hələ də qalmaqdaydı. Bu əngəllərdən biri Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmaması, digəri isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı qeyri-müəyyənlik idi. Bu gün baş tutan birbaşa danışıqlar formatının qəbul edilməsi onu göstərir ki, Ermənistan əvvəlki destruktiv ritorikadan geri çəkilməyə başlayır, üçüncü tərəflərin təsirindən çıxmaq istiqamətində addımlar atır. Əgər bu siyasi iradə davamlı və prinsipial şəkildə ortaya qoyularsa, bu, təkcə Azərbaycan və Ermənistan deyil, ümumilikdə Cənubi Qafqaz regionunda dayanıqlı sülhə gətirib çıxara bilər”.

Əbu-Dabi dörüşünün geosiyasi mesajı

Hazırda Azərbaycan-Ermənistan münasibətlərində əsas məqsədlərdən biri sülh prosesinə üçüncü ölkələrin təsir imkanlarını minimuma endirməkdir. Əbu-Dabi formatında baş tutan vasitəçisiz görüş göstərdi ki, tərəflər arasında birbaşa və açıq dialoq mümkündür. Bu format problemlərin həlli üçün daha səmərəli və dayanıqlı əsas yaradır. Əgər əvvəlki illərdə beynəlxalq vasitəçilərin iştirakı prosesi uzadırdısa, indi ikitərəfli müzakirələr real nəticələrə gətirib çıxarma potensialına malikdir. Bu baxımdan, üçüncü qüvvələrin prosesə müdaxilə cəhdlərinin qarşısı alınmalı, dialoq məhz Azərbaycan və Ermənistan arasında aparılmalıdır. Xüsusilə Ermənistan bu məsələdə prinsipial mövqe nümayiş etdirməli, regional sabitliyin bərqərar olması naminə kənar təsirlərə qarşı durmağı bacarmalıdır. Sülh yalnız ikitərəfli siyasi iradə ilə əldə edilə bilər

Sultan Zahidov da qeyd edib ki, Cənubi Qafqazda sülhün əsas təminatı xarici güclərin maraq oyunlarından kənarda, yalnız ikitərəfli siyasi iradə və suveren qərarlarla mümkündür: “Cənubi Qafqaz geosiyasi baxımdan olduqca strateji əhəmiyyət daşıyan regiondur, burada regional və qlobal güclərin maraqları daim toqquşub. Təəssüf ki, bu güclər çox zaman regionda sülhün təşviqindən daha çox, münaqişələrdən öz maraqları üçün istifadə edib. Məhz bu səbəbdən Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir. Müxtəlif üçtərəfli platformalarda aparılan danışıqlar gözlənilən nəticəni verməyib. Çünki bu prosesə cəlb olunan dövlətlər, əslində, öz geosiyasi maraqlarını güdürdü, bir-biri ilə rəqabət aparan qüvvələrin təklif etdiyi dialoq platformaları prosesin effektivliyini azaldırdı. Ona görə də Azərbaycan danışıqların yalnız ikitərəfli formatda davam etməsinə üstünlük verdi. Ermənistan əvvəl bu formata müqavimət göstərsə də, Əbu-Dabi görüşü sübut edir ki, Paşinyan hökuməti artıq bu yanaşmanı qəbul etməyə başlayıb. Burada əsas məsələ odur ki, bu siyasi iradə və dəstək yalnız sözlə deyil, əməli şəkildə də davam etdirilsin. Əgər bu gün ikitərəfli danışıqlara razılıq verilibsə, sabah bu mövqedən geri çəkilmək olmaz”.

Ermənistanın seçimi: Qlobal təzyiqlər, yoxsa suveren sülh yolu?

Ekspert vurğulayıb ki, Ermənistan Əbu-Dabi görüşündə üzərinə götürdüyü öhdəliklərə siyasi cəsarətlə sadiq qalarsa, bu, Cənubi Qafqazda dayanıqlı sülhün və regional inteqrasiyanın əsasını qoya bilər.

“Görüşdə əsas müzakirə mövzuları sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və digər texniki məsələlər olub. Həm dialoqun davam etdirilməsi, həm də kommunikasiya və sərhəd məsələləri üzrə işin irəliləməsi ilə bağlı razılaşdırılmış qərarlar bu görüşün real nəticə doğurduğunu göstərir. Əgər Ermənistan bu mövqedə sabit və ardıcıl qalarsa, o zaman sülh sazişinin imzalanması da mümkün olacaq. Bu halda, nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması baş tutacaq və Cənubi Qafqaz regionu sülh, sabitlik və iqtisadi inkişaf mərkəzinə çevriləcək. Tanınmış siyasi araşdırmaçı Svante Kornellin də qeyd etdiyi kimi, bəzi regional və qlobal güclər Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Ona görə də bu güclərin təzyiqlərinə qarşı Ermənistanın siyasi iradə nümayiş etdirməsi həlledici olacaq. Paşinyan hökuməti Əbu-Dabi görüşündəki öhdəliklərə sadiq qalarsa, bu, Cənubi Qafqaz üçün yeni, sabit və dinc bir mərhələnin başlanğıcı ola bilər”, - deyə o, bildirib.

Azərbaycanın liderliyi ilə sülhə doğru

Bu prosesdə Azərbaycanın təşəbbüskarlığı, siyasi uzaqgörənliyi və strateji iradəsi xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü liderliyi ilə formalaşan xarici siyasət kursu Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyub. Azərbaycanın vasitəçilərin iştirakı olmadan ikitərəfli birbaşa danışıqlar formatını təşviq etməsi, həm beynəlxalq hüquqa, həm də regional əməkdaşlıq prinsipinə əsaslanan ədalətli və davamlı sülh modelinin təməlini təşkil edir. Əbu-Dabi görüşü bu baxımdan yalnız diplomatik təşəbbüs deyil, həm də Azərbaycanın bölgədə status-kvonu dəyişmək və yeni sabitlik nizamı qurmaq iradəsinin təzahürüdür. Rəsmi Bakının prosesdə aktiv mövqe sərgiləməsi və əsas məsələləri - sərhədin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh sazişi layihəsinin razılaşdırılmasını gündəmə gətirməsi bir daha göstərir ki, regionda sülhün memarı və aparıcı gücü məhz Azərbaycandır. Azərbaycan 44 günlük müharibə bitəndən dərhal sonra sülh gündəliyini irəli sürüb və bu prosesə liderliyi üzərinə götürüb. Həmin liderlik indi də yüksək səviyyədə davam etdirilir.

Sultan Zahidov da hesab edir ki, Əbu-Dabi görüşü Azərbaycanın sülh təşəbbüsünün real nəticələr doğura biləcəyini və regional sabitliyə aparan yeganə yolun məhz Bakının irəli sürdüyü ikitərəfli dialoq formatı olduğunu bir daha sübut etdi.

"Görüşdən sonra yayılan bəyanatda da qeyd olundu ki, Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında keçirilən danışıqlar kifayət qədər konstruktiv və müsbət mühitdə baş tutub. Bunu görüşdən yayılan videolardan da açıq şəkildə görmək mümkündür. Hesab edirəm ki, bu görüş sülh prosesinin irəlilədilməsi baxımından mühüm əhəmiyyət daşıyır və onu göstərir ki, tərəflər həqiqətən də sülhü irəli aparmaq niyyətindədir. Paşinyan, nəhayət ki, xarici təsir və təzyiq zəncirlərindən qırılaraq Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu göstərir. O, Azərbaycanın sülh təşəbbüsünü qəbul etməkdə maraqlıdır. İndi isə Paşinyanın üzərinə düşən əsas məsuliyyət bu istəyini və niyyətini siyasi qətiyyətlə praktikaya keçirməkdir. Ümid edirik ki, bu baş verəcək və nəhayət, Cənubi Qafqaz regionunda sabitlik, sülh və təhlükəsizlik təmin olunacaq. Qeyd etmək lazımdır ki, sülh prosesi mürəkkəb və uzunmüddətli məsələdir. Dünyanın müxtəlif bölgələrdə onilliklər boyu davam edən, lakin nəticə verməyən sülh təşəbbüslərinin olduğunu bilirik. Məsələn, Rusiya ilə Yaponiya arasında İkinci Dünya müharibəsindən bu günə qədər sülh sazişi imzalanmayıb. Belə hallarda qarşılıqlı etimadın qurulması, müsbət və konstruktiv dialoq mühitinin yaradılması əsas şərtlərdən biridir. Eyni zamanda, ikitərəfli formatın reallaşması da olduqca vacibdir. Bu, üçüncü qüvvələrin prosesə müdaxilə imkanlarını minimuma endirir. Əbu-Dabidə keçirilən görüş həm etimadın formalaşdığını, həm də danışıqların vasitəçisiz, birbaşa həyata keçirilə bildiyini sübut etdi. Bu isə o deməkdir ki, bölgədə geosiyasi maraqları olan xarici qüvvələr artıq bu prosesi yönləndirmək imkanından məhrum olurlar", - deyə o, fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 İyul 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri