Icma.az
close
up
RU
Azərbaycanın liderliyi ilə formalaşan yeni geosiyasi reallıq: Əbu Dabi görüşü və sülh sazişinin tarixi əhəmiyyəti

Azərbaycanın liderliyi ilə formalaşan yeni geosiyasi reallıq: Əbu Dabi görüşü və sülh sazişinin tarixi əhəmiyyəti

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş postmünaqişə dövründə Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən ən mühüm siyasi hadisələrdən biri kimi tarixə düşdü. Bu görüşün və daha əvvəl sülh müqaviləsinin mətninin tam razılaşdırılmasının arxasında dayanan əsas amil Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı qəti üstünlükdür.

Əldə olunan razılaşmaların məzmunu açıq şəkildə göstərir ki, sülh sənədi Azərbaycanın milli maraqlarına uyğun şəkildə tərtib edilib. Bu, 2020-ci ildə Azərbaycanın qazandığı Zəfərin diplomatik təntənəsidir. Əsas prinsip olan ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması Ermənistanın tarixən irəli sürdüyü işğalçı iddiaların rəsmən sona çatması deməkdir. Üstəlik, sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik tələb olunması Azərbaycanın hüquqi və siyasi gücünü açıq şəkildə ortaya qoyur. Bu dəyişikliklərin edilməsi yalnız Azərbaycanın razılığı və təhlükəsizlik zəmanətləri qarşılığında mümkün olur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Əbu-Dabi görüşünün həm məkanı, həm də formatı regionda diplomatik prioritetlərin dəyişdiyini göstərir. İkitərəfli, nəticəyönümlü və Qərb vasitəçiliyindən kənar format Azərbaycanın təşəbbüsü ilə formalaşmış yeni siyasi reallığı təcəssüm etdirir. Bu, həm də Azərbaycanın Yaxın Şərq ölkələri ilə artan əməkdaşlığının, BƏƏ kimi regional güclərin prosesə cəlb olunmasının nəticəsidir. Ən önəmlisi isə odur ki, sülhə aparan bu yol Qərb tərəfindən irəli sürülən şablon vasitəçilik modelindən fərqli olaraq, milli maraqlara söykənən və regional həllər üzərində qurulan yanaşmadır.

Əldə edilən razılaşmalar delimitasiya və demarkasiya məsələsində Azərbaycanın prinsipial və hüquqa əsaslanan mövqeyinin qalib gəldiyini göstərir. Ermənistanın ilk dəfə olaraq Azərbaycanın suveren sərhədlərini tanımağa razılaşması Bakının diplomatik zəfəridir. Bu, regionda hüquqi təhlükəsizlik arxitekturasının formalaşmasına və gələcəkdə sərhəd mübahisələrinin qapanmasına gətirib çıxaracaq.

Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda əldə edilən irəliləyiş Azərbaycanın strateji baxışının və iqtisadi liderliyinin növbəti sübutudur. Bu layihə yalnız Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmir, eyni zamanda, bütün bölgənin tranzit və logistika mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycanın bu dəhlizi qitələrarası nəqliyyat arteriyası kimi təqdim etməsi ölkənin qlobal iqtisadi şəbəkədə tutduğu yerin gücləndirilməsinə xidmət edir.

Azərbaycanın siyasi təzyiqi nəticəsində Ermənistanın konstitusion manevrlərinin nəticəsiz hala gəldiyini deyən ekspert əlavə edib: “Sülh sazişinin reallaşması üçün əsas şərt Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi rəsmi Bakının hüquqi baxımdan da dominant tərəf olduğunu göstərir. Ermənistan rəhbərliyi Azərbaycanın bu tələbini qəbul edib və konstitusion dəyişikliklər üçün ilkin siyasi iradəni ortaya qoyub. Bu, Nikol Paşinyan hakimiyyətinin Azərbaycanın şərtlərini qəbul etməsindən başqa alternativ görmədiyini sübut edir. Bu gün sülh müqaviləsinin mətninin tam razılaşdırılması onu göstərir ki, Azərbaycan təkcə münaqişədə qalib gəlməyib, həm də sülh prosesinin memarı və aparıcı qüvvəsi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial xarici siyasət ölkəni regionun siyasi liderinə və normallaşma proseslərinin əsas iştirakçısına çevirib”.

Onun sözlərinə görə, sülh sazişi Azərbaycanın Qələbəsinin hüquqi möhürüdür. Əbu-Dabi görüşü göstərdi ki, bölgədə artıq Azərbaycanın diktə etdiyi yeni reallıqlar mövcuddur. Ermənistan bu reallıqları qəbul etməyə məcbur olub və Azərbaycanın irəli sürdüyü şərtlər sülh prosesinin əsasını təşkil edir. Sülh sazişi Azərbaycanın diplomatik zəfərinin, hüquqi qələbəsinin və siyasi iradəsinin yekun nəticəsidir. Bu sənədin yaxın zamanlarda imzalanması Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrünün başlanğıcı olacaq. Amma bu sabitlik Azərbaycanın iradəsi, gücü və liderliyi sayəsində mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri