Icma.az
close
up
RU
Əbu Dabi görüşü Zəngəzur dəhlizinin realizəsi üçün də təkan ola bilər Deputat

Əbu Dabi görüşü Zəngəzur dəhlizinin realizəsi üçün də təkan ola bilər Deputat

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında 5 saat çəkən görüş keçirilib. Görüşdən sonra verilən açıqlamalara görə, liderlər arasında görüş konstruktiv atmosferdə keçib. Görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, bir neçə gün öncə cənab İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu ünvanlamışdı:
"Bildirmişdi ki, "Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır". Dövlət başçısı bu sırada iqtisadi-ticarət, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensialı xüsusi vurğulamışdı. Əlbəttə, bu gün nəqliyyat-kommunikasiya sahəsində transmilli tərəfdaşlıqdan söhbət gedirsə, heç şübhəsiz, Zəngəzur dəhlizi bu mövzunun mərkəzində yer almalıdır".

Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan-Ermənistan normallaşma prosesində gündəmdə olan mövzulardan biri də məhz Zəngəzur dəhlizidir.

"Sirr deyil ki, qazanılan hərbi-siyasi zəfərlər Azərbaycana Zəngəzur dəhlizini təkbaşına realizə etməyə güc və imkan verib. Lakin ölkəmizi regionun kommunikasiya habına çevirmiş cənab İlham Əliyev Zəngəzur dəhlizinə bizim mənafelərimizə xidmət etməklə bərabər, həm də qlobal strateji maraqların uzlaşdığı və əməkdaşlıq mühitini ehtiva edən layihə kimi baxır. Bu mənada, ABŞ və Rusiya başda olmaqla, sağlam və bərabərhüquqlu tərəfdaşlıq niyyətində olan hər kəsin prosesə töhfəsi və Azərbaycanın maraqlarına xələl gətirmədən layihədən faydalanması arzuolunandır. İndiki halda Azərbaycan regionun qütblərarası ziddiyyətin kəsişmə nöqtəsinə çevrilməsini arzulamır və əksinə Zəngəzur dəhlizi layihəsinə həm Bakı-İrəvan normallaşma prosesi çərçivəsində etimad mühitinin yaradılması, həm də qlobal zəmində ayırıcı xətlərin dərinləşməməsi fürsəti kimi yanaşır. Əbu-Dabi görüşünün ardınca Azərbaycan və Ermənistan arasında dialoqda ümidverici mənzərənin formalaşması, heç şübhəsiz ki, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin realizəsi üçün də təkan ola bilər", - deyə Bəhruz Məhərrəmov bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see234

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see213

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see150

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see145

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see138

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see137

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see137

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see134

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see130

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see129

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see125

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see117

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see115

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see114

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see114

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see113

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see113

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see113

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri