Icma.az
close
up
RU
Əbu Dabi platfroması Tramp Zəngəzur dəhlizini açır

Əbu Dabi platfroması Tramp Zəngəzur dəhlizini açır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

Danışıqlar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində aparılacaq. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində görüşünün baş tutacağı barədə məlumat hələ ötən həftə ABŞ-nin Karnegi Beynəlxalq Sülh Fondu tərəfindən yayılmışdı.

Həmin məlumata görə, Tramp administrasiyası İrəvana və Bakıya tranzit yolların açılması və nəzarəti ilə bağlı təkliflər verib. Qeyd edilir ki, Vaşinqton Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ şirkətinə həvalə edilməsini istəyir. 

“Hraparak” qəzetinin yazdığına görə, ABŞ-nin timsalında kollektiv Qərb bu görüşün keçirilməsində hədsiz dərəcədə maraqlıdır. Türkiyə də bunun əleyhinə deyil. Paşinyanın Ankaraya səfəri zamanı bu məsələ müzakirə olunsa da, Azərbaycan buna qarşıdır.

Əslində, Ermənistan mətbuatının müəyyən qədər qərəzli mövqedən çıxış etdiyi aydın görünür. Çünki Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyə daha çox maraqlıdır. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına yalnız Ermənistan tərəfi mane olub.

Nikol Paşinyan hökuməti indiyə qədər 10 noyabr Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin bərpasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. “Hraparak” qəzeti isə sanki Ermənistanın nəqliyyat-kommunikasiya vasitələrinin açılmasında maraqlı olduğunu, Azərbaycanın buna əngəl törətdiyinə dair rəy yaratmağa çalışır. 

Ancaq Karnegi Beynəlxalq Sülh Fondunun açıqlamasından görünür ki, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəni bu məsələdə Tramp administrasiyası ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. Lakin nəqliyyat-kommunikasiya əlaqələri birtərəfli qaydada ABŞ-nin maraqlarına uyğun qurula bilməz.

Müzakirələr zamanı ilk növbədə, Azərbaycanın rəyi nəzərə alınmalıdır. Çünki  söhbət vətəndaşların, malların və nəqliyyat vasitələrinin Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz  keçidinin təmin olunmasından gedir. 

Yəni ABŞ və Ermənistan bu prinsipi əsas götürməlidir. Yolun təhlükəsizliyinə nəzarət məsələsinə gəlincə, bu Azərbaycan və Ermənistan arasında imzalana biləcək yeni sənədin mətnindən asılıdır. Yəni həmin sənəddə Azərbaycanın şərtləri öz əksini tapmalıdır. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadığından təhlükəsizliyin təmin olunması üçüncü dövlətə həvalə edilməlidir.

Hazırkı vəziyyətdə Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini Ermənistan tərəfinə həvalə edə bilməz. Təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına deyil, ABŞ-nin şirkətinə həvalə ediləcəyi barədə məlumata gəlincə, bunun həqiqətə nə qədər yaxın olması danışıqlardan sonra məlum olacaq.

Hələlik, ABŞ tərəfinin belə bir təkliflə çıxış etdiyi bildirilir. Qeyd edilən mövzuda danışıqların masaya aparılması çox güman ki, Rusiyanın sərt reaksiyasına səbəb olacaq. Xüsusilə də Rusiyanın Azərbaycanla və Ermənistanla münasibətlərində narazılığın yaşandığı bir vaxtda belə Zəngəzur dəhlizinin təhlükəsizliyinin ABŞ-yə verilməsi bölgədə geosiyasi qarşıdurmanı artıra bilər.

Lakin bu, daha çox Rusiya ilə Ermənistan arasında gərginliyə gətirib çıxara biləcək məsələdir. Azərbaycan üçüncü tərəfin hansı dövlət və ya təşkilat olmasına baxmayaraq, Zəngəzur dəhlizi ilə hərəkətin maneəsiz və təhlükəsiz keçidində maraqlıdır.

Nikol Paşinyan isə dəmir və avtomobil yolları boyunca Rusiya qoşunlarının yerləşdirlməsini Ermənistanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə adlandırır. Ona görə də Zəngəzur dəhlizinin ABŞ-ın təhlükəsizlik şirkətinə həvalə edilməsində Ermənistan rəhbərliyi daha çox maraqlı görünür. 

Ancaq Karnegi Beynəlxalq Sülh Fondunun yazdığına görə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması qarşılığında Azərbaycanın və Ermənistanın zəngin yeraltı sərvətlərinin ABŞ, Böyük Britaniya və Fransa şirkətlərinə verilməsi təklif olunur. Halbuki, Zəngəzur dəhlizini açmaq Ermənistanın siyasi və hüquqi öhdəliyidir.

Belə olan halda, Azərbaycanın öz təbii sərvətlərini pay verməsi anlaşılan deyil. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı olmasa, o zaman Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsi İran ərazisindən keçən “Araz dəhlizi” vasitəsilə həyata keçiriləcək. Yəni Zəngəzur dəhlizinin bağlı qalması Azərbaycanın deyil, Ermənistanın blokadada qalmasını deməkdir. 

ABŞ Əbu-Dabi platformasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə razılaşmanın da əldə olunmasına çalışır. Bunaq baxmayaraq, kommunikasiyaların açılmasına dair razılaşma ehtimalı sülh sazişinin imzalanmasından daha asan görünür. Çünki Zəngəzur dəhlizinin açılması istər çərçivə, istərsə də yekun sülh müqaviləsindən əvvəl mümkündür. 

İkincisi, Azərbaycanın sülh müqaviləsinin mətni ilə bağlı konkret tələbi var. Ermənistan Konstitusiyasına dəyişiklik edilməli və ali-hüquqi sənəddən Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Ermənistan tərəfi artıq yeni konstitusiya layihəsinin mətni üzərində işlərin başa çatmaqda olduğunu bildirsə də preambula hissəsinin sənədə daxil edilib-edilməyəcəyi barədə açıqlama vermir.

Üstəlik, Nikol Paşinyan hakimiyyəti 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra referendum keçirmək niyyətində olduğunu deyir. Ona görə də Əbu-Dabi platformasında sülh müqaviləsinin mətninə dair işlərin tezliklə başa çatacağını söyləmək çətindir.
 
Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Tramp Zəngəzur dəhlizi İlham Əliyev Nikol Paşinyan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri