Icma.az
close
up
RU
Əbu Dabi görüşündən gözləntilər Deputatdan açıqlama

Əbu Dabi görüşündən gözləntilər Deputatdan açıqlama

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutub.

Görüşdə həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.

Əbu-Dabidə baş tutan vacib görüşdən gözləntilərimiz haqda AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Azər Badamov Azərbaycan dövlətinin Ermənistan qarşısında qoyduğu tələbin aydın olduğunu deyib:

"Qalib tərəf kimi Azərbaycanın Ermənistan qarşısında tələbləri aydındır. Bunlardan biri Konstitusiyanın dəyişdirilməsi və artıq tarixə qovuşan təsisata birgə rəsmi müraciətin ünvanlanmasıdır. Sözsüz ki, bu iki əsas məsələ olmadan sülh olmayacaq. Çünki dəfələrlə rəsmi bəyanat yayıldı ki, heç bir beynəlxalq sənəd daxili qanunları üstələmir. Azərbaycanın yanaşması budur. Gələcəkdə istənilən boşluqdan tutub yararlanmamaq üçün məsələləri fundamental, "təmiz süpürə-süpürə” həll etmək. Hər bir halda tarixə qovuşan keçmiş münaqişənin bəzi sənədlərində bu cür söz oyunlarına getməyin ağır praktikasından Azərbaycan çox əziyyət çəkib və dərs çıxarıb. Bu məsələdə nəinki Ermənistana, istənilən tərəfə güvən yoxdur. Sülhə qədər iki mühüm məsələ bizi qarşıda gözləyir, amma bu o demək deyil ki, proseslərin arxaya doğru aparılmasına, tormozlanmasına və yaxud da kənar müdaxilələrin yenidən fundamental xarakter almasına Azərbaycan icazə verəcək".

"Regionda son baş verən hadisələr indinin ssenarisi deyil" deyən millət vəkili Azərbaycanın məqsədinin nə olduğu aydın dərk edir deyə bildirib:

"Uzun müddət idi ki, Rusiya-Ukrayna adı altında gedən, heç cür ümid edilən nəticəyə gəlinə bilməyən Rusiya-Qərb rəqabətinin üzü Cənubi Qafqaza çevrilməyə çalışılırdı. Bu istiqamətdə regional aktorlara təzyiqlər bir cür idisə, Azərbaycana qarşı yumşaq görkəm altında daha fərqli təzyiqlərə bürünmüş yanaşmaların da olduğu son dərəcə aydın görünürdü. Lakin bütün mənfi ritorikaya, meyillərə və addımlara baxmayaraq Azərbaycan məqsədin nə olduğu aydın dərk edir, bütün cəhdləri əlinin tərsi ilə geri çevirməklə bütövlükdə regionumuzu münaqişələrdən təcrid, müharibələrdən isə tamamilə uzaq etmək istiqamətində addımlar atırdı. Onu da vurğulayaq ki, son zamanlarda artan gərginlik fonunda Ermənistandan da bənzəri yanaşmanın şahidi olduq. Məsələni isə bu cür izah etmək lazımdır ki, bir aktor tarixdən özü üçün dərs çıxarıbsa, digəri, digərləri də düzgün hesablamalar aparmaq lazım olduğunun acı praktikasını dəfələrlə yaşayıb. Bu baxımdan maraqlarla dolu, subyektivlik deyil, neytral mövqe üzərindən öz məqsədlərini masa üzərinə qoymağın daha düzgün olduğu reallığını realizə etmək üçün fürsət və zamanı yetişdi. Bu istiqamətdə BƏƏ-nin ayrı-ayrılıqda Türkiyə, Azərbaycan, Ermənistanla olan münasibətləri baxımından da bu ölkəyə platforma kimi üz tutuldu. Bu həm də BƏƏ-nin özünün xarici siyasətini şaxələndirmək üzrə daha geniş strategiyasının bir hissəsidir. Bununla da bu dəst-xətt Əmirliyin öz xarici siyasətini diversifikasiya etmək, onu müxtəlif oyunçularla münasibətdə daha elastik hala salmaq və xüsusilə də beynəlxalq əlaqələrin bu müxtəlifliyindən daha çox qazanc əldə etmək cəhdində gizlənir. Son zamanlarda bu Körfəz dövləti öz strateji balanslaşdırma aktını və dünya səhnəsində artan təsirini vurğulayır".

Deputat həmçinin qeyd edib ki, Azərbaycan rəsmiləri ilə Nikol Paşinyanın heyətinə daxil olan rəsmilərin arasında olan münasibət danışıqlar kanallarının vasitəsiz formada aparılmağa üstünlük verildiyinin göstəricisidir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə görüşlərdə iştirak edən Azərbaycan rəsmiləri ilə Nikol Paşinyanın heyətinə daxil olan rəsmilərin arasında olan münasibət danışıqlar kanallarının vasitəsiz formada aparılmağa üstünlük verildiyinin göstəricisidir. Bunu "praqmatik ünsiyyət" də adlandırmaq olar. 

Sülh müqaviləsinin imzalanmasından öncə öz maraqlarını prioritet tutmaq uğrunda göstərilən bütün təzyiq və təhdidlərə baxmayaraq qətiyyətli addımlar davam edir. Bu addımlar qətiyyətimiz qədər, həm də beynəlxalq vəziyyətin verdiyi imkanlardan istifadə etmək üçün çox praqmatik bir yanaşmadır. Kommunikasiyalar açılmalıdır. Bu, regiona sülh, təhlükəsizlik, rifah gətirəcək. Nikol Paşinyan da bu reallığı aydın dərk edir. Hər bir halda Əbu-Dabi görüşü irəliyə doğru bir addım olmaqla yanaşı, sülh müqaviləsinə daha çox yaxınlaşdıran bu günümüzün müsbət reallığıdır".

Günel Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri