Əbu Dabi görüşündən sonra Zelenskinin bəyanatı diqqət çəkdi NYT
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya və Ukraynanın Əbu-Dabidəki danışıqları Ukrayna Prezidenti Volodimir Zelenskinin nadir hallarda rast gəlinən müsbət bəyanatı ilə başa çatıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, münaqişənin sona çatması prosesində əhəmiyyətli irəliləyişdir.
“Zelenski danışıqları “konstruktiv” adlandırıb və növbəti raundun 26 yanvar – 1 fevral həftəsində baş tuta biləcəyini qeyd edib”, – deyə NTY bildirib.
ABŞ administrasiyasının rəsmisi nəşrə açıqlamasında bunları deyib:
“Danışıqlar irəliləyişin olduğunu göstərir və növbəti görüşlər gələn bazar gününə planlaşdırılır. Bununla belə, Ukrayna və Rusiya əsas məsələlərdə hələ də fikir ayrılığına malikdirlər. Məsələn, Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi və Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması bu sırada yer alır”.
Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqların ikinci raundu başa çatıb.
Görüşdə “bufer zonaları” və “müxtəlif nəzarət mexanizmləri” müzakirə olunub. Birinci raund yanvarın 23-də baş tutub. “Reuters” agentliyi ərazi məsələsinin danışıqlarda əsas və ən problemli məsələ olduğunu bildirib. “The Times” qəzeti isə Rusiyanın ərazi məsələləri ilə bağlı ABŞ-ın mövqeyini qəbul etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















