Icma.az
close
up
RU
Əbu Dabidə Dünya Təbiəti Mühafizə Konqresi işinə başlayıb

Əbu Dabidə Dünya Təbiəti Mühafizə Konqresi işinə başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Əbu-Dabidə Dünya Təbiəti Mühafizə Konqresi işinə başlayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən təşkil olunan tədbir oktyabrın 15-dək davam edəcək. Konqresdə 160 ölkədən mütəxəssislərin, əlaqədar qurumların rəhbərlərinin, ümumilikdə 10 mindən çox qonağın iştirakı gözlənilir.

Konqres çərçivəsində forum, sərgi və təşkilat üzvlərinin assambleyası keçiriləcək. Forum təbiətin mühafizəsi və davamlı inkişaf sahəsində elm, təcrübə və innovasiyalar üzrə ən böyük bilik platformasıdır. Tematik sessiyalar vasitəsilə forum vəhşi təbiətdən okeanlara, qoruqlardan davamlı biznesə, iqlim dəyişikliyindən insan hüquqlarına qədər geniş spektrdə təbiətin mühafizəsi məsələlərinin iqtisadi, sosial, elmi və texniki tərəflərini əhatə edir.

Sərgidə IUCN üzvləri və komissiyaları, biznes qurumları, tərəfdaşlar və akademik dairələr pavilyonlar, stendlər və tədbirlər təşkil edirlər. Sərgi həm konqres iştirakçıları, həm də ictimaiyyət üçün açıqdır və iştirakçılara öz tədqiqatlarını, innovasiyalarını və fəaliyyətlərini ən geniş auditoriyaya təqdim etməyə imkan verir.

Assambleya IUCN-in ən yüksək qərarverici orqanıdır. Toplantıda IUCN-in üzv təşkilatları təbiətin mühafizəsi və davamlı inkişafla bağlı təxirəsalınmaz məsələlər üzrə səs verəcəklər.

Konqres çərçivəsində "Nəsli kəsilmə təhlükəsində olan növlərin Qırmızı Siyahısı"nın yenilənmiş versiyası təqdim olunacaq. 1964-cü ildən bəri IUCN minlərlə canlı növünü yoxaçıxma təhlükəsi səviyyəsinə görə təsnif edir. Ötən ilin məlumatlarına görə, siyahıya salınmış 169 min növdən 47 mindən çoxu nəsli kəsilməkdə olan növlər kimi təsnif edilib. Bu isə qlobal biomüxtəlifliyə olan təzyiqlərin artdığını göstərir.

IUCN-in baş direktoru Qretel Aqilar bildirib ki, konqres dünyada hökumətləri, vətəndaş cəmiyyəti institutlarını və ekspertləri “Təbiəti qiymətləndirən və qoruyan ədalətli dünya” hədəfi ətrafında birləşdirən bir tədbirdir. Əlavə edib ki, konqres dünyada təbiətin mühafizəsi üçün qarşıya qoyulmuş ortaq hədəf uğrunda fəaliyyət göstərmək üçün yaxşı fürsətdir.

Qeyd edək ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyi 1948-ci ildə yaradılıb. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. İlk beynəlxalq ekologiya təşkilatı sayılır. Ətraf mühitlə əlaqəli 1400-dən çox hökumət və qeyri-hökumət təşkilatını, eləcə də dünya ölkələrindən 17 mindən çox eksperti özündə birləşdirir. Təşkilatın 2021-ci il sentyabrın 3-dən 11-dək Fransanın Marsel şəhərində onlayn formatda keçirilən konqresində dünyanın müxtəlif yerlərindən 9 min 200-dən çox insan canlı və virtual olaraq iştirak edib və ümumilikdə 25 min nəfərlik ümumi ziyarətçi sayı qeydə alınıb. Konqres 140 ölkədə 10 mindən çox xəbərdə işıqlandırılıb və sosial mediada gündəlik olaraq 54 milyon insana çatıb. Konqresin sessiyaları 50 mindən çox baxış toplayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri