Icma.az
close
up
RU
Dünya Təbiəti Mühafizə Konqresi çərçivəsində Azərbaycanda təbiətin qorunması istiqamətində görülən işlərdən danışılacaq

Dünya Təbiəti Mühafizə Konqresi çərçivəsində Azərbaycanda təbiətin qorunması istiqamətində görülən işlərdən danışılacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 10 oktyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Dünya Təbiəti Mühafizə Konqresi işini sessiyalarla davam etdirir.

AZƏRTAC konqresin saytına istinadla xəbər verir ki, oktyabrın 15-dək davam edəcək Beynəlxalq Təbiəti Mühafizə Birliyinin konqresində 160 ölkədən mütəxəssislərin, əlaqədar qurumların rəhbərlərinin, ümumilikdə 10 mindən çox qonağın iştirakı gözlənilir. Konqresdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev iştirak edir.

Konqres çərçivəsində forum, sərgi və təşkilat üzvlərinin assambleyası keçiriləcək.

Forum təbiətin mühafizəsi və davamlı inkişaf sahəsində elm, təcrübə və innovasiyalar üzrə ən böyük bilik platformasıdır. Tematik sessiyalar vasitəsilə forum vəhşi təbiətdən okeanlara, qoruqlardan davamlı biznesə, iqlim dəyişikliyindən insan hüquqlarına qədər geniş spektrdə təbiətin mühafizəsi məsələlərinin iqtisadi, sosial, elmi və texniki tərəflərini əhatə edir.

Forum çərçivəsində IDEA İctimai Birliyi ilə Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Avropa, Şimali və Mərkəzi Asiya regional təşkilatının birgə pavilyonu təşkil ediləcək. Bu pavilyonda Avropa, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ilə bağlı təbiətin mühafizəsi prioritetləri və innovasiyaları təqdim olunacaq. Eyni zamanda, “Azərbaycanda təbiətin mühafizəsi” adlı panel iclası IDEA İctimai Birliyinin Azərbaycanda təbiətin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki fəaliyyətinə həsr olunub. İclas çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə Birliyin ölkəmizdə təbiətin qorunması istiqamətində gördüyü işlərdən bəhs ediləcək.

Qeyd edək ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyi 1948-ci ildə yaradılıb, ilk beynəlxalq ekologiya təşkilatı sayılır. Birliyin mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Ətraf mühitlə əlaqəli 1400-dən çox hökumət və qeyri-hökumət təşkilatını, eləcə də dünya ölkələrindən 17 mindən çox eksperti özündə birləşdirir. Təşkilatın 2021-ci il sentyabrın 3-dən 11-dək Fransanın Marsel şəhərində onlayn formatda keçirilən konqresində dünyanın müxtəlif yerlərindən 9 min 200-dən çox insan canlı və virtual olaraq iştirak edib və 25 min nəfərlik ümumi ziyarətçi sayı qeydə alınıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri