Icma.az
close
up
RU
Əbu Dabidəki sülh danışıqları Ukrayna üçün tələdir? Ekspert

Əbu Dabidəki sülh danışıqları Ukrayna üçün tələdir? Ekspert

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ukrayna ilə Rusiya arasında aparılan danışıqların Kiyev üçün bir tələ olduğunu düşünmürəm. Əslində bu danışıqların özü növbəti bir imitasiyadır və ondan ciddi nəticələr gözləməyinə dəyməz".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ, Ukrayna və Rusiya arasında keçirilən danışıqların Kiyev üçün tələ olduğu barədə Ukraynanın Vaşinqtondakı keçmiş səfiri Valeri Çalıyın səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Əbu-Dabidə keçirilən son danışıqlar da Vaşinqtonun təzyiqi ilə baş tutub:

"Hakimiyyətə gələndən Donald Tramp keçən bir il ərzində 7 müharibəni sülhlə bitirməsi və Davosda təsis olunan Sülh Şurasını yaratmaqla paralel, Rusiya-Ukrayna müharibəsinin bitirilməsi yönündə də israrla hər iki tərəfə ciddi təzyiq göstərir. Əbu-Dabidə baş tutan sülh danışıqları məhz Vaşinqtonun təzyiqi ilə baş tutub".


Müsahibimiz həmin danışıqlardan ciddi nəticələr gözləmir:

"Çünki tərəflər danışıqlara yalnız danışıqlar xatirinə qatıldıqlarının özləri də fərqindədirlər. Nə Rusiya tərəfi öz əvvəlki tələblərindən imtina edib, nə də Ukrayna tərəfi öz mövqeyindən geri çəkilib. Ukrayna Prezidenti bu günlərdə yenə də ərazi güzəştlərinə getməyəcəyini bəyan edib”.

Bu baxımdan politoloqun fikrincə, Rusiya-Ukrayna cəbhəsində sülhün əldə olunması üçün intensiv danışıqların getdiyi görüntüsünün yaradılması əslində hər iki tərəfdən daha çox Vaşinqtona lazımdır:

"Ona görə də həm Kiyev, həm də Moskva çalışır ki, özlərini oyunpozan tərəf kimi göstərməməklə Vaşinqtonun qəzəbini öz üzərlərinə çəkməsinlər. Belədə, təklif olunan bütün danışıq formatlarına qatılırlar. Amma öncədən müəyyən etdikləri prinsiplərdən geri çəkilməmələri səbəbindən keçən dövr ərzində baş tutan bütün görüşlər sonda nəticəsiz başa çatıb”.

Qeyd edək ki, Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy Amerika, Ukrayna və Rusiya arasında keçirilən sülh danışıqlarını "çantada pişik" danışıqları kimi xarakterizə edib. Onun dediyinə görə, müharibəyə son qoymaq üçün danışıqlarda əsas problem Ukraynanın suveren qalıb-qalmayacağı, yoxsa bizi "əyəcəkləri" və yalnız bu mövqedə müzakirələrin aparılması ilə bağlıdır.

O qeyd edib ki, "Ankoric formulu"nun nə olduğunu heç kim izah etmir:

"Bəs "ərazi məsələsi"nin həlli üçün "Ankoric formulu" nədir? Heç kim izah etmir... Və əsas problem budur: Ukrayna suveren qalacaqmı, yoxsa bizi "əyəcəklər" və gələcəkdə yalnız bu mövqedə müzakirə olunacağıq?".

Onun fikrincə, bu danışıqlar bir növ "çantada pişik" effekti verir:

"Danışıq aparanların bu gün ən yaxşı variant kimi gördüyü şey, Ukrayna xalqının onu necə qəbul etdiyi reallıqdan o qədər uzaq ola bilər ki, sonradan vədlərini yerinə yetirə bilməmək tələsinə düşə bilərlər".

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri