Əbu Dabidəki görüşdə Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov rəhbərlik edəcək.
APA xəbər verir ki, Budanov bu barədə “CBS News” telekanalına açıqlaması zamanı danışıb.
O, danışıqlarda ciddi irəliləyiş əldə olunacağını gözləmədiyini, lakin görüşün keçirilməsinin özünü artıq irəliləyiş hesab etdiyini deyib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlarda Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Noyabr 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















