“Əbülfəs Qarayevin qurdlarından mədəniyyətimizi təmizləyə bilmirik” Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Real TV”nin efirində rejissor və ssenari müəllifi Suad Qara olan “Məhsəti” filmində ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunması ilə bağlı süjet təqdim edilib.
“Qafqazinfo”nun xəbərinə görə, televiziyanın rəhbəri Mirşahin Ağayev bildirib ki, xəbər sadə şəkildə budur: Hansısa “Məhsəti” filmi Beynəlxalq Film Festivalının proqramından silinib:
“Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var. Birincisi, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məhsəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır. İkincisi, bu filmi Məhsətinin soydaşı, azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məhsətinin soydaşı, azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Əbülfəs Qarayevin qurdlarından mədəniyyətimizi hələ ki, təmizləyə bilmirik. İndi üzə çıxır ki, başda da qoca qurd olub, Ramiz Mehdiyev”.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Dekabr 2025 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















