Icma.az
close
up
RU
Kino Agentliyi Əbülfəs Qarayevin qızına cavab verdi

Kino Agentliyi Əbülfəs Qarayevin qızına cavab verdi

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.

Bu barədə “Yeni Sabah”a agentlikdən bildirilib. 

Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.  Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir. 

Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir. 

Məhsəti Gəncəvinin  erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən  “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməmişdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri