Icma.az
close
up
RU
Əbülfəs Qarayevin Rusiya ilə əlaqələri haqda şok Siyahıda başqa ölkə də var imiş…

Əbülfəs Qarayevin Rusiya ilə əlaqələri haqda şok Siyahıda başqa ölkə də var imiş…

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada və digər ölkələrdə geniş biznes şəbəkəsi üzə çıxıb. Bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin paylaşdığı məlumat yeni müzakirələrə səbəb olub. Belə ki, Cavanşir Həsənlinin araşdırmasına görə, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmır. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları var. Məhz bu kontekstdə Əbülfəs Qarayevin Rusiyada formalaşdırdığı biznes şəbəkəsinin mahiyyəti daha da diqqət çəkir və müəyyən suallar ortaya qoyur.

Sabiq nazirlər və digər vəzifəli şəxslərin öz bizneslərini xaricə köçürmələri nə ilə bağlıdır? Əbülfəs Qarayevin Rusiyada biznes şəbəkəsinin olması hansı anlama gəlir? Rusiya ilə belə dərin münasibətlər ölkəmiz və dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, vaxtaşırı bəzi məmurların ölkə xaricində əmlak və ya bizneslərinin olması barədə iddialar səsləndirilir:

“Lakin bu məlumatların əksəriyyəti sübuta əsaslanmır və “eşitmişəm ki…” tipli qeyri-rəsmi məlumatlara söykənir. Çünki məmurlar bir qayda olaraq əmlak və bizneslərini öz adlarına rəsmiləşdirmirlər. Buna görə də bu faktların hüquqi sübutunu tapmaq çox vaxt mümkün olmur. Ümumiyyətlə, Azərbaycanda həm keçmiş, həm də hazırkı məmurların Rusiyada, Türkiyədə, Avropada, Birləşmiş Ərəb Əmirliklərində əmlak və bizneslərinin olduğu ictimaiyyətə məlumdur. Lakin bu, həmin ölkələrlə xüsusi münasibətlərə malik olduqları anlamına gəlmir. Adətən onlar əmlaklarını müxtəlif ölkələrə bölüşdürərək riskləri azaltmağa çalışırlar. Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi zəif olduğuna görə məmurlar da, adi vətəndaşlar da əmlaklarını ölkədə saxlamaqdan çəkinir. Burada hətta sıravi vətəndaşın mülkiyyətinin əlindən alındığı hallar müşahidə olunduğu üçün məmurlar üçün risk daha böyük hesab olunur”.

Hüquqşünas qeyd edib ki, bu məsələdə keçmiş və indiki məmurlar arasında müəyyən fərqlər var:

“Əvvəlkilər gələcəklərini qismən də olsa Azərbaycanda görürdülər. Hazırkı məmurlar isə çox vaxt vəzifədən ayrıldıqdan sonra ölkəni tərk etmək niyyətində olur və buna uyğun olaraq əmlaklarını xaricə çıxarırlar. Bu isə hər hansı ölkə ilə xüsusi əlaqə deyil, sadəcə özlərini hüquqi risklərdən sığortalama cəhdidir.

Əkrəm Həsənov

Bu vəziyyət yalnız Əbülfəs Qarayevə aid deyil. Təxminən bütün məmurların müxtəlif ölkələrdə əmlak və biznesləri mövcuddur. Təkcə Rusiyada deyil, bir neçə ölkədə aktivlərinin olması ehtimal edilir. Qeyd etmək lazımdır ki, o, uzun müddətdir vəzifədən gedib və onun dövründə hazırkı məmurlar kimi böyük maliyyə imkanları olmayıb”.

Ə.Həsənov qeyd edib ki, bunların əsas səbəbi korrupsiya və müvafiq nəzarət mexanizmlərinin işləməməsidir:

“Məmurların gəlir bəyannaməsi haqqında qanun 20 il əvvəl qəbul edilsə də, hələ də icra olunmur. Daşınmaz əmlak və hüquqi şəxslər reyestrləri qapalıdır, dövlət satınalmalarında şəffaflıq yoxdur. Belə şəraitdə korrupsiyanın qarşısını almaq çətinləşir və məmurlar əldə etdikləri vəsaitləri ölkədən çıxarmağa üstünlük verirlər. Bu səbəbdən məmurların əmlaklarının yalnız Rusiyada olması faktını həmin ölkə ilə xüsusi münasibət kimi qiymətləndirmək düzgün deyil. Onlar adətən müxtəlif ölkələrdə aktiv saxlayaraq özlərinə təhlükəsizlik təmin etməyə çalışırlar”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri