Icma.az
close
up
RU
Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada və digər ölkələrdə geniş biznes şəbəkəsi üzə çıxıb. Bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin paylaşdığı məlumat yeni müzakirələrə səbəb olub. Belə ki, Cavanşir Həsənlinin araşdırmasına görə, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı otellə məhdudlaşmır. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər, geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada LEON BABY və MYASNAYA QARANT kimi ticarət markaları var. Məhz bu kontekstdə Əbülfəs Qarayevin Rusiyada formalaşdırdığı biznes şəbəkəsinin mahiyyəti daha da diqqət çəkir və müəyyən suallar ortaya qoyur.

Sabiq nazirlər və digər vəzifəli şəxslərin öz bizneslərini xaricə köçürmələri nə ilə bağlıdır? Əbülfəs Qarayevin Rusiyada biznes şəbəkəsinin olması hansı anlama gəlir? Rusiya ilə belə dərin münasibətlər ölkəmiz və dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?

Hurriyyet.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında bəzi məmurların ölkə xaricində əmlak və ya bizneslərinin olması barədə vaxtaşırı olaraq iddialar səsləndirildiyini bildirib.

“Ümumiyyətlə, Azərbaycanda həm keçmiş, həm də hazırkı məmurların Rusiyada, Türkiyədə, Avropada, Birləşmiş Ərəb Əmirliklərində əmlak və bizneslərinin olduğu ictimaiyyətə məlumdur. Lakin bu, həmin ölkələrlə xüsusi münasibətlərə malik olduqları anlamına gəlmir. Adətən onlar əmlaklarını müxtəlif ölkələrə bölüşdürərək riskləri azaltmağa çalışırlar. Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi zəif olduğuna görə məmurlar da, adi vətəndaşlar da əmlaklarını ölkədə saxlamaqdan çəkinir. Burada hətta sıravi vətəndaşın mülkiyyətinin əlindən alındığı hallar müşahidə olunduğu üçün məmurlar üçün risk daha böyük hesab olunur”, - o deyib.

Hüquqşünas qeyd edib ki, bu məsələdə keçmiş və indiki məmurlar arasında müəyyən fərqlər var:

“Əvvəlkilər gələcəklərini qismən də olsa Azərbaycanda görürdülər. Hazırkı məmurlar isə çox vaxt vəzifədən ayrıldıqdan sonra ölkəni tərk etmək niyyətində olur və buna uyğun olaraq əmlaklarını xaricə çıxarırlar. Bu isə hər hansı ölkə ilə xüsusi əlaqə deyil, sadəcə özlərini hüquqi risklərdən sığortalama cəhdidir.

Bu vəziyyət yalnız Əbülfəs Qarayevə aid deyil. Təxminən bütün məmurların müxtəlif ölkələrdə əmlak və biznesləri mövcuddur. Təkcə Rusiyada deyil, bir neçə ölkədə aktivlərinin olması ehtimal edilir. Qeyd etmək lazımdır ki, o, uzun müddətdir vəzifədən gedib və onun dövründə hazırkı məmurlar kimi böyük maliyyə imkanları olmayıb”.

Ə.Həsənov qeyd edib ki, bunların əsas səbəbi korrupsiya və müvafiq nəzarət mexanizmlərinin işləməməsidir:

“Məmurların gəlir bəyannaməsi haqqında qanun 20 il əvvəl qəbul edilsə də, hələ də icra olunmur. Daşınmaz əmlak və hüquqi şəxslər reyestrləri qapalıdır, dövlət satınalmalarında şəffaflıq yoxdur. Belə şəraitdə korrupsiyanın qarşısını almaq çətinləşir və məmurlar əldə etdikləri vəsaitləri ölkədən çıxarmağa üstünlük verirlər. Bu səbəbdən məmurların əmlaklarının yalnız Rusiyada olması faktını həmin ölkə ilə xüsusi münasibət kimi qiymətləndirmək düzgün deyil. Onlar adətən müxtəlif ölkələrdə aktiv saxlayaraq özlərinə təhlükəsizlik təmin etməyə çalışırlar”.

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri