Əbülfəz Qarayevdan Rusiya agenti olması haqda iddiaya reaksiya: Mən indi Bakıda deyiləm
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm".
Mia.az xəbər verir ki, bunu Musavat.com- a Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.
"Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir", - deyə sabiq nazir bildirib.
Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 Fevral 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















