Əbülfəz Səricanovun məhkəməsi başladı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun məhkəməsi başlayıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.
O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















