Icma.az
close
up
RU
Ecazkar və füsunkar...

Ecazkar və füsunkar...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daşaltı Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edildi

Ölkəmiz zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Yeni qərar

Dünən Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 289,5 hektarlıq sahədə təsdiq edilib.

Yasaqlığın yaranma tarixi

Məlumdur ki, Şuşanın işğalı nəticəsində ermənilər 600-ə yaxın tarixi memarlıq abidəsini məhv edib, tarixi muzeylərimizin fondları qarət olunub. 30 illik işğal dövründə şəhərin ərazisinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan dəyib, meşələri qırılıb, təbii ekosistemi məhv edilmiş və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirib. Davamlı olaraq bu ərazidə bioloji müxtəlifliyin mövcud vəziyyətinin, fauna və floranın növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin inventarlaşdırılması istiqamətində monitorinqlər aparılıb.

Azərbaycanın füsunkar, nadir təbiətinin qorunması məsələlərinə dövlət tərəfindən böyük diqqət və qayğı yetirilir. Bu məqsədlə, ölkəmizdə qoruqlar və yasaqlıqlar yaradılıb. Bununla yanaşı, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində də işlər davam etdirilir, mövcud ərazilər genişləndirilir. Prezident İlham Əliyev çıxışları zamanı bu barədə bildirib ki, azad edilmiş torpaqlarda, vaxtilə dövlət təbiət qoruqları və yasaqlıqlar olub və bunlar işğal dövründə tamamilə məhv edilib, talan olunub. Bütün ağaclar qırılıb, tarixi abidələrimiz dağıdılıb. Heydər Əliyev tərəfindən yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının 50 hektardan çoxu da işğal dövründə məhv edilmiş, ekoloji terrora məruz qalmışdı.

Daşaltı Dövlət Təbiət Yasaqlığı 24 noyabr 1981-ci ildə Şuşa və Əsgəran rayonlarının ərazisində təbiət komplekslərini qorumaq üçün yaradılmışdı. Yasaqlığın ümumi sahəsi 450 hektardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin sanki təbii muzeyidir. Nadir təbiət komplekslərini qorumaq üçün təşkil olunmuş Daşaltı Dövlət Təbiət Yasaqlığı Ermənistanın işğalı zamanı tamamilə dağıdılmışdı. Burada uzun illər boyu becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq istehsal sahələrində istifadə edilmişdi.

Yasaqlığın ərazisi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada palıd, vələs, ağcaqayın, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və digər meyvə ağacları da var. Ərazidə cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşıb.

“Qırmızı kitab”a daxil edilib...

Konkret fakta müraciət etsək, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır. Yalnız Şuşada deyil, Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində də, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri