Icma.az
close
up
RU
Əcəb oyundur: Avropa missiyası əslində yenə də Ermənistanda saxlanılır ŞƏRH

Əcəb oyundur: Avropa missiyası əslində yenə də Ermənistanda saxlanılır ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Belədə sual yaranır. Missiya deyildiyi kimi Ermənistanın içərilərinə doğru geri çəkiləcəlsə, onun adı niyə" sərhəd missiyası "adlandırılmalıdır? 


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub:

 "“Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar. Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.


Siyasi şərhçj Aydın Quliyev "Sherg.az"a deyib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanması yönümündə növbəti yanlış və qərəzli  mülahizələr söyləyib.


Ekspert vurğulayıb ki, Mirzoyan Azərbaycanı sülh sazişinin imzalanmasına hazır olmamaqda günahlandırıb: 

" Mirzoyan deyib ki, Azərbaycan hələ sülh mətnini imzalamağa hazır olması ilə bağlı konkret bəyanat verməyib. Mirzoyan yekun qənaətə gəlir ki, Azərbaycan sazişi imzalamağa hazır deyil. Üstəlik, Mirzoyan Azərbaycanın imzalanma üçün əlavə hansısa şərtlər (?) ortaya qoyduğunu da iddia edib. Bəs Azərbaycan razılaşdırılmış saziş mətnini imzalamağa niyə həvəs göstərmir? Azərbaycanın sülhə hazır olmadığı barədə iddialar Mirzoyanın növbəti uydurmasıdır. Azərbaycanın guya hansısa yeni şərtlər açıqladığı barədə deyilənlər də tam yalandır. Azərbaycanın şərtləri dəyişməyib. Ermənistan məhz özünün sülhə hazır olmadığını gizlətmək üçün yalanlar uydurur. Azərbaycanın dəyişməyən şərtləri Minsk Qrupunun buraxılması barədə Ermənistanın bəyanat verməsi, hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması və sərhədlərdə 3-cü qüvvələrlə bağlı birmənalı şəffaf mövqe ortaya qoyulmasıdır. Ermənistan Minsk Qrupunu rəsmən buraxmaqla sübut etməlidir ki, keçmiş "Dağlıq Qarabağ" münaqişəsini artıq bitmiş sayır".

Analitik vurğulayıb ki, Ermənistan Konstitusiyada dəyişikliklər etməklə dünyanı inandırmalı və öhdəliyini təsdiqləməlidir ki, gələcəkdə də Azərbaycana qarşı hər hansı ərazi iddiasında olmayacaq: 

"Nəhayət, sərhədlərdə 3-cü qüvvələr məsələsində Ermənistan rəhbərliyi hələ də yayındırıcı və qeyri-şəffaf mövqe tutmaqda davam edir. Nümunə üçün XİN müavini Ovanesyanın fikirlərini göstərmək olar. Ovanesyanın sözlərindən belə çıxır ki, Ermənistan rəhbərliyi saziş mətnini qəbul etsə də, reallıqda  Avropa Birliyinin  missiyasından imtina etmək fikrində deyil. Ermənistan XİN Avropa missiyasının yeni statusu üzərində iş aparır. Əvvəlcə dedilər ki, sərhədlərin delimitasiya prosesinə uyğun qaydada Avropa missiyası sərhədlərdən çıxarılacaq. Yəni əvvəlcə delimitasiya olunmuş sərhəd hissələrindən missiya üzvləri çıxarılacaq, sərhəddin qalan yerlərində saxlanılacaq. Aydın görünür ki, Ermənistan delimitasiya prosesinin illərlə, bəlkə də on illərlə davam edəcəyi müddətdə missiyanın sərhədlərdə saxlanmasına çalışır. Təbii ki, Azərbaycan bu mövqeni qəti şəkildə rədd etdi".


A.Quliyev qeyd edib ki, indi Ermənistan rəhbərliyi Avropa birliyinin missiyası üçün "yeni status" deyilən yeni oyun düşünüb: 

"Nazir müavini Azərbaycanla Sazişdən sonra Avropa missiyasını Azərbaycanla sərhədlərdən Ermənistanın içərilərinə doğru çəkəcəkləri ilə bağlı Avropa ilə danışıqlar aparılacağını bildirib. Əcəb oyundur. Avropa missiyası əslində yenə də Ermənistanda saxlanılır. İndiyə kimi iddia edirdilər ki, missiya təhlükəsizlik məsələsinə görə bölgəyə gətirilib. Belədə sual yaranır. Missiya deyildiyi kimi Ermənistanın içərilərinə doğru geri çəkiləcəlsə, onun adı niyə" sərhəd missiyası "adlandırılmalıdır? Kim təminat verəcək ki, həmin missiya istənilən vaxt sərhəddin istənilən yerində peyda olmayacaq? Ümumən, əgər Ermənistan real sülhdə maraqlıdırsa, saziş imzalanandan sonra Avropa birliyinin missiyasına bu bölgədə nə ehtiyac qalır?! Beləliklə, açıq görünür ki, Ermənistan rəhbərliyinin guya bu andaca sülh sazişi imzalamağa hazır olduğu barədə fikirlər "baş aldatmaq cəhdindən" başqa bir şey deyil və bununla Azərbaycanın sülh sazişini imzalamağa guya hazır olmadığını göstərmək istəyir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri