Icma.az
close
up
RU
Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?

Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan universitetlərində təhsil almaq istəyən xarici vətəndaşların müraciəti may-iyun aylarından etibarən başlayır və sentyabr ayına kimi davam edir.

Maraqlıdır, bəs görəsən, əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə müraciət edərkən nələrə diqqət etməlidirlər, onlara təhsil almaqda hansı imkanlar tanınır?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə əyani və qiyabi təhsil forması üzrə müraciət edə bilərlər:

"Müraciət üçün ilk növbədə tələb olunun sənədlər onlayn formada portala yüklənilir və namizəd tərəfindən təsdiq edilir. Azərbaycan Elm və Təhsil Nazirliyi müraciətləri qiymətləndirir və uyğun namizədlərin Azərbaycan universitetlərinə qəbulu həyata keçirilir. Qəbul olunan əcnəbi tələbələr ilk növbədə tədris dilinə uyğun olaraq Azərbaycan dili və yaxud tədris dili imtahanı verirlər. İmtahanı müvəffəqiyyətlə keçənlər birbaşa universitetin 1-ci kursuna bərpa olunurlar. Dil imtahanını keçə bilməyən xarici ölkə vətəndaşları 1 il universitetin daxilində fəaliyyət göstərən hazırlıq qruplarına qəbul olunaraq tədris dili biliklərini mənimsəyir və növbəti ildən 1-ci kursdan tədrisə başlayırlar.

Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə qəbulu üçün SAT, TOEFL, IELTS, beynəlxalq olimpiada və müsabiqə nəticələri, ölkələri üzrə qəbul imtahanından nəticə və orta ümumtəhsil müvəffəqiyyət dərəcəsi tələb olunur. Əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsili ödənişli əsaslarla həyata keçirilir, bununla yanaşı, tələbələr müxtəlif təqaüd proqramlarına müraciət edərək pulsuz təhsil almaq hüququna da malikdirlər".

Ekspert qeyd edib ki, ali təhsil arzusunda olan xarici ölkə vətəndaşlarının, əcnəbi tələbələrin Azərbaycan universitetlərində bakalavr və magistr təhsili alması üçün bir çox səbəb var:

"Beynəlxalq ali təhsil proqramlarının Azərbaycan universitetlərində tətbiqi, inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının açılması və dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycan universitetləri ilə birgə tədrisin aparılması, ikili diplom proqramları, "Erasmus", hökumətlərarası təqaüd proqramları və s. kimi layihələr Azərbaycandakı ali təhsilə olan marağın təzahürüdür. Hazırda Azərbaycan universitetlərində əyani və qiyabi təhsil forması üzrə bakalavr və magistr dərəcəsində minlərlə əcnəbi təhsil almaqdadır. Azərbaycan dövləti xarici tələbələrin təhsil, yaşam, ünsiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Hazırda Azərbaycan təhlükəsizlik və yaşam baxımından tələbələr üçün çox əlverişli bir seçimdir.

Azərbaycan universitetləri bir neçə dünya universiteti ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı təhsil proqramları həyata keçirir. Bununla yanaşı, xarici universitetlərin Azərbaycanda filialları da mövcuddur. Bunlara Fransanın UFAZ Universiteti, Rusiyanın İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universiteti və Lomonosov Universitetinin Bakı filialı, ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universitetini nümunə göstərmək olar".

"Eləcə də, Azərbaycan universitetləri dünyanın bir sıra universitetləri ilə ikili diplom proqramı çərçivəsində həm bakalavr, həm də magistr sahələri üzrə əməkdaşlıq edərək xarici ölkə diplomlarının Azərbaycan universitetlərində təhsil alan tələbələrin də almasını təmin edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Almaniyanın Zigen Universiteti və ABŞ-nin Corciya Universiteti ilə, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə, Azərbaycan Dövlət İqtisad Universitetinin İngiltərənin London Universiteti, Fransanın Montpellier və Fransanın ICD Universitetləri, ABŞ-nin Linkoln Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Litvanın Mikolas Romeris Universiteti ilə, ADA Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti, Fransanın CEFAM Universiteti ilə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstanbul Teknik Universiteti və Fransanın GNAM Universiteti ilə, həmçinin Böyük Britaniyanın Vestminster Universiteti və Britaniya Kral Memarlıq İnstitutu, İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti ilə, Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyənin Ege Universiteti və ABŞ-nin Oklahoma Dövlət Universiteti ilə, Bakı Mühəndislik Universitetinin Cənubi Koreyanın İNHA Universiteti ilə, Gəncə Dövlət Universitetinin Türkiyənin Dokuz Eylül Universiteti ilə, Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lümyer Lyon Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS), ABŞ-nin Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Qazaxıstanın bir neçə universiteti arasında ikili diplom proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq edirlər.

Həmçinin özəl ali təhsil ocaqlarından Xəzər Universiteti, Qərbi-Kaspi Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universitetinin də müvafiq ixtisaslar üzrə ikili diplom proqramları çərçivəsində əməkdaşlıqları mövcuddur".

Ekspert Azərbaycan universitetlərində təhsilin inkişafından bəhs edərkən reytinq səviyyəsi barədə məlumat verib:

"Son illərdə dünya universitetlərinin reytinq siyahısında Azərbaycan universitetlərinin adlarını da görürük. 2024-cü ildə dünyanın ən aparıcı tədqiqat və reytinq siyahısını təqdim edən "Quacquarelli Symonds" (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinq siyahısına Azərbaycan Dillər Universiteti (301-340-cı yer) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (351-400-cü yer) adlarını qeyd edib".

"Bu gün Azərbaycanda müxtəlif ixtisaslar üzrə ixtisaslaşmış ali təhsil ocaqları var. İqtisadiyyat və biznes sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, neft və qaz mühəndisliyi üzrə Bakı Ali Neft Məktəbini, mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetini, pedaqoji ixtisaslar üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetini, xarici dil bilikləri üzrə Azərbaycan Dillər Universitetini, dövlət idarəçiliyi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, beynəlxalq ticarət və logistika üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasını, aviasiya sahəsi üzrə Milli Aviasiya Akademiyasını, beynəlxalq standartlara uyğun ingilis dilində tədris verən Azərbaycan Diplomatiya Akademiyasını (ADA), Xəzər Universitetini, o cümlədən tədrisi ingilis dilində aparılan digər universitetləri xüsusilə qeyd etmək lazımdır", - deyə Ramin Nurəliyev bildirib.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri