Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ayın əvvəlinə olan məlumata görə, xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 1 milyard 364,2 milyon manat olub.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 523,3 milyon manatı milli valyutada, 840,9 milyon manatı isə xarici valyutada yerləşdirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 4% və ya 51,9 milyon manat artıb. Artım yalnız milli valyutada yerləşdirilən əmanətlər üzrə qeydə alınıb. Belə ki, əcnəbilərin milli valyutada yerləşdirdikləri əmanətlərin həcmi son bir ildə 138,3 milyon manat artıb. Əcnəbilərin xarici valyutada yerləşdirdikləri əmanətlər isə 86,3 milyon manat azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Əcnəbilər bu il ölkəmizdə nə qədər pul xərcləyib?
30 Noyabr 2024 08:58
Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?
05 Aprel 2025 15:21
Azərbaycan sərhədini pozan əcnəbilər tutuldu FOTOLAR
23 Oktyabr 2025 11:05
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? Ölkələr üzrə tam siyahı
11 Noyabr 2025 11:15
Baxış sayı:111
Bu xəbər 28 İyun 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















