Əcnəbilər gecələmək üçün ən çox hansı bölgəyə üz tutublar?
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cari ilin ötən dövründə Azərbaycanda əcnəbilər ümumilikdə 5 milyon 762 min 458 gecə keçiriblər.
Valyuta.az xəbər verir ki, əcnəbilərin ən çox gecələdiyi yer Bakı olub. Paytaxtda 3 milyon 299 min 538 gecə qeydə alınıb ki, bu da ümumi gecələmələrin təxminən yarıdan çoxunu təşkil edir.
Bölgələr üzrə siyahıda Qusar ikinci yerdə qərarlaşıb. Burada 379 min 482 gecələmə baş verib. Qusarı Quba (253 min 960 gecə) və Qəbələ (220 min 89 gecə) izləyib.
Sağlamlıq turizmi ilə seçilən Naftalan şəhərində əcnəbilər 123 min 692 gecə, Gəncədə isə 88 min 445 gecə keçiriblər.
Turistlərin daha az gecələdiyi bölgələr sırasında Lənkəran (56 min 224 gecə) və Qax (55 min 285 gecə) yer alıb.
Bu mövzuda digər xəbərlər:Əcnəbilər Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirlər?
24 Mart 2025 17:46
Əcnəbilər Azərbaycanda ən çox hansı sahələrdə ÇALIŞIRLAR? İNFOQRAFİKA
21 Oktyabr 2025 21:02
Əcnəbilər üçün yeni qərar
19 Dekabr 2024 19:59
Gürcüstan əcnəbilər üçün çətinləşir
01 Oktyabr 2025 22:59
Əcnəbilər ən çox bu rayonlarımızda olublar Hansı ölkələrdən gəliblər?
07 Avqust 2025 10:39
Baxış sayı:86
Bu xəbər 25 Oktyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















