Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması barədə qərarın məzmununu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, yeni qaydaya əsasən, bu qərar şəxslərin təqdim etdiyi sənədlər və məlumatlar əsasında Azərbaycan dilində hazırlanacaq, elektron formada tərtib edilərək Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciətçinin elektron kabinetinə yerləşdiriləcək və göstərilən elektron poçt ünvanına göndəriləcək.
Qərarda şəxsin adı, soyadı, doğum tarixi və yeri, vətəndaşlığı, sərhədkeçmə sənədinin məlumatları, müvəqqəti qalma müddətinin uzadılma vaxtı və qeydiyyat ünvanı göstəriləcək.
Sənəddə həmçinin qərarın seriyası və nömrəsi, verilmə tarixi, QR-kod və “Bu qərar pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq hüququ verir” qeydi yer alacaq.
Qərarda istifadə olunan hazır mətnlər Azərbaycan və ingilis dillərində olacaq. Şəxsin adı və soyadı isə pasportda və ya digər sərhədkeçmə sənədində göstərildiyi formada, ingilis əlifbası ilə yazılacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















