Icma.az
close
up
RU
Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı prosedurlar rəqəmsallaşdırılır.

Gununsesi.info xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən düzəlişlərdə əksini tapıb.

Layihəyə əsasən, Miqrasiya Məcəlləsində nəzərdə tutulan dəyişikliklər müvəqqəti olma müddətinin uzadılması barədə qərarların kağız daşıyıcıda deyil, elektron sənəd formasında rəsmiləşdirilməsini nəzərdə tutur. Dövlət rüsumu ödənildikdən sonra qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdiriləcək və eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək. Dəyişikliklə qərarın məzmununun təsdiqlənməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının daha dəqiq müəyyənləşdirilməsi də təmin olunur.

Eyni zamanda, Miqrasiya Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün yeni əsas müəyyən edilir. Belə ki, Məcəllənin 41.1-ci maddəsində göstərilən sənədlərdən hər hansı birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina səbəbi hesab olunacaq.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna terminoloji xarakterli düzəliş təklif edilir. “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik isə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təkrar verilməsinə görə dövlət rüsumunun tutulmamasını nəzərdə tutur.

Layihədə keçid müddəası da yer alıb. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək verilmiş müvəqqəti olma müddətinin uzadılması barədə qərarlar onlarda göstərilən müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Bu qərarlar itirildikdə, məhv olduqda, yararsız vəziyyətə düşdükdə və ya əcnəbinin, yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlar dəyişdikdə, onlar elektron formada yenidən tərtib ediləcək. Sənəd Elektron Hökumət İnformasiya Sistemində müraciət edənin elektron kabinetinə yerləşdiriləcək və elektron poçt ünvanına göndəriləcək. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilməyəcək.

Qeyd olunub ki, təklif edilən dəyişikliklər dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, sənəd dövriyyəsinin sadələşdirilməsinə, elektron müraciət mexanizmlərinin genişləndirilməsinə, inzibati prosedurların operativliyinin artırılmasına və qanunvericiliyin elektron idarəetmə prinsiplərinə uyğunlaşdırılmasına xidmət edir.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri